6 yaşlı qız Qurani-Kərim hafizi oldu
Mьəllif: admin1
Tarix: 27-06-2019, 23:14
Bцlmə: Xəbərlər
6 yaşlı qız Qurani-Kərim hafizi oldu
Meysəm Yəhyə Muhəmməd, Birləşmiş Ərəb Əmirliklərindən olan 6 yaşlı qızdır.

"Deyerler.org"un İqnanews.ru-ya istinadən verdiyi xəbərə görə, o hələ məktəbə getmir, yazma və oxuma qabiliyyətinə malik deyil, lakin Quranı hifz edə bilmişdir. O, kiçik yaşlarda olduğu üçün ona, ən gənc Quran hafizi adı verilmişdir.

“Hələ 3 yaşında ikən o, Quranı hifz etməyə başlamışdır. Daha sonra Quran üzrə institut kurslarına getmiş və Quranı tam hifz edərək, kiçik hafizə çevrilmişdir”, - deyə Meysəmin anası bildirir.

“Qızım 3 yaşında ikən Quranın iki cüzünü hifz etmişdir. Daha sonra o, müsabiqədə iştirak edərək 7-ci yeri tutmuşdur”, - deyə anası əlavə etmişdir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031