ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı
Mьəllif: admin1
Tarix: 24-06-2019, 22:44
Bцlmə: Xəbərlər
ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı
ABŞ yalnız yeni və hərtərəfli saziş imzalanacağı təqdirdə İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır.

İslaminSesi Modern.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

O bildirib ki, yeni saziş həqiqətən də hərtərəfli olmalı, nüvə problemi, ballistik raket problemi və insan haqları ilə bağlı məsələləri əhatə etməlidir:

“Yalnız bu halda ABŞ tamamilə sanksiyaları ləğv edə və İranla diplomatik münasibətləri bərpa edə bilər”.

Nümayəndənin sözlərinə görə, hazırda isə Vaşinqton Tehrana iqtisadi təzyiqi davam etdirəcək.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930