Əkrəm İmamoğlu təkrar seçkilərdə qalib gəldi
Mьəllif: admin1
Tarix: 23-06-2019, 22:32
Bцlmə: Xəbərlər
Əkrəm İmamoğlu təkrar seçkilərdə qalib gəldi
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərdə səsvermə başa çatıb.

Musavat.com xəbər verir ki, seçkilərin nəticələrinə görə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 53.66 faiz səslə qalib gəlib.

Binəli Yıldırım isə 45.43 faiz səs toplayaraq seçkidə uduzub.

Qeyd edək ki, əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedirdi.

Martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanmışdı.

Hakim partiya isə İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul etmişdi.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031