Tramp İrana zərbə endirmək əmri verib, sonradan onu geri götürüb
Mьəllif: admin1
Tarix: 21-06-2019, 10:30
Bцlmə: Xəbərlər
Tramp İrana zərbə endirmək əmri verib, sonradan onu geri götürüb
ABŞ Prezidenti Donald Tramp İran silahlı qüvvələrinin Amerikaya məxsus pilotsuz aparatı vurmasından dərhal sonra İslam Respublikasına zərbə endirilməsi barədə göstəriş verib, lakin sonradan onu geri götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "The New York Times" qəzeti yazıb.

Mənbələrin sözlərinə görə, Amerika lideri əvvəlcə İranda kiçik sayda hədəflərə, xüsusilə də, radiolokasiya stansiyası və raket batareyalarına zərbə endirilməsi barədə göstəriş verib. Sonradan bu planlar ləğv edilib.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031