Vəhabi kralın “fəhlə döydürən” və “ayaq öpdürən” qızı Fransada məhkəməsinə çıxarılacaq
Mьəllif: admin1
Tarix: 14-06-2019, 22:41
Bцlmə: Xəbərlər
Vəhabi kralın “fəhlə döydürən” və “ayaq öpdürən” qızı Fransada məhkəməsinə çıxarılacaq
İslamazeri.com-un AFP-yə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs-Səudun qızı Fransada məhkəmə qarşısına çıxarılacaq.

Həssa binti Salman öz mühafizəçisinə onun Parisdəki mənzilini təmir etmiş işçini döydürtməkdə şübhəli bilinir.

Xatırladaq ki, sözügedən hadisə 2016-cı ildə şahzadənin mənzilində baş verib. Fəhlə təmir etməli olduğu otağın şəklini çəkmək üçün gəlsə də, şahzadə fəhlənin həmin fotoları mətbuata satmaq məqsədi ilə çəkdiyini düşünərək, mühafizəçisinə bu məsələni həll etməyi əmr edib.

İşçinin dediyinə əsasən, mühafizəçi onu döyüb və kamerasını əlindən alıb, daha sonra isə şahzadə Həssanın ayaqlarını öpdürüb.

Fəhlə yalnız bir neçə saat sonra mənzili tərk edə bilib. Mühafizəçi isə silahlı hücum, qeyri-qanuni azadlıqdan məhrum etmə, qarət və qətl təhdidində ittiham olunub.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930