Uyğur qadın Çin “düşərgələrindəki” işgəncələrdən danışıb
Mьəllif: admin1
Tarix: 12-06-2019, 22:17
Bцlmə: Xəbərlər
Uyğur qadın Çin “düşərgələrindəki” işgəncələrdən danışıb
İslamazeri.com-un “The Independent”-ə istinadən verdiyi xəbərə əsasən, Çin sakini uyğur türklərinin “yenidən tərbiyələndirmə düşərgələrində” məruz qaldığı işgəncələr barədə danışıb.

29-yaşlı Mihrigül Tursunun sözlərinə görə, 2-ci həbsindən sonra yerləşdirildiyi düşərgədə onun saçları keçəl qırxılıb və o, 4 gün ərzində sorğu-sual edilib, üstəlik, bu zaman ərzində də yuxudan məhrum edilib və elektrik cərəyanı ilə işgəncələrə məruz qalıb.

O, Misirdən geri döndükdən sonra tutulub. Mihrigül Misirdə ali təhsil alıb və elə oradaca ailə həyatı qurub; 3 uşaq dünyaya gətirib.

O bildirir ki, həbsdə keçirdiyi 3 ay ərzində onun 60 “kamera yoldaşından” 9-u ölüb.

Azadlığa çıxdıqdan sonra Mihrigül ailəsi ilə birlikdə Çini tərk edə bilib. O, ABŞ-da sığınacaq alıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930