Qeyri-müsəlmandan Kraystçörç şəhidlərinin xatirəsinə jest
Mьəllif: admin1
Tarix: 12-06-2019, 22:14
Bцlmə: Xəbərlər
Qeyri-müsəlmandan Kraystçörç şəhidlərinin xatirəsinə jest
İslamazeri.com-un “IslamNews”-ə istinadən verdiyi xəbərə əsasən, Yeni Zelandiya sakini Kraystçörç məscidlərindəki terror qurbanlarının xatirəsinə xüsusi müsəlman libası yaradıb.

Süzan Mott deyib ki, terror aktlarının 51 qurbanının xatirəsinə 51 hicab-yaylığından paltar hazırlayıb.

Dizayner öz işini “Allahın göz yaşları” adlandırıb və onu, unudulmaz eksponat kimi müsəlman icmasına hədiyyə edib.

“Mən müsəlman deyiləm, indiyədək də müsəlman icması ilə ünsiyyətdə olmaq mənə qismət olmayıb. Mən (yeni-yeni) hicab haqda öyrənməyə başladım, çünki hətta bizim baş nazir də hicab taxmışdı. Mən də qərara gəldim ki, hicablardan paltar hazırlayacağam”, - deyə o qeyd edib.

“Digər insanlar güllər, hazırladıqları yeməkləri, digər əşyaları ianə etdilər, mən də özümə xas şəkildə həmrəylik bildirmək qərarına gəldim”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031