"Yəhudilərlə bizim bir ortaq cəbhəmiz, tək düşmənimiz var, o da şiələrin Mehdisidir!" - Bin Salman
Mьəllif: admin1
Tarix: 12-06-2019, 14:13
Bцlmə: Xəbərlər
"Yəhudilərlə bizim bir ortaq cəbhəmiz, tək düşmənimiz var, o da şiələrin Mehdisidir!" - Bin Salman
Xarici mətbuatın verdiyi məlumata görə Muhəmməd Bin salman bu sözləri ABŞ-a son səfəri zamanı Vaşnqtonda mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İslaminSesi” xəbər verir ki, yazını “New York Times” dərc edib. Qəzetin bildirdiyinə görə vəliəhd Bin Salman ABŞ-a son səfəri zamanı bir qrup siyasətçi və fikir adamları ilə təşkil etdiyi toplantıda bir yəhudinin “Uzun müddətli strategiyanız və hədəflərininz nədir?” sualına belə cavab verib:

“Biz və yəhudilər ortaq bir təhlükə ilə qarşı-qarşıyayıq, bu təhlükənin adı Mehdidir!

İran və şiələr bunu böyük inamla təbliğ edir. Bu etiqada görə Mehdi bizi kafir vəhhabi olduğumuza görə, yəhudiləri isə islam düşmənləri olduğlarına görə qırıb məhv edəcək. Onun davamçıları ağacların və daşların altından çıxacaq…

Biz bu rejimin özünü və davamçılarını məhv etmək məcburiyyətindəyik. Bu bizim varlığımız üçün təhdiddir.”

Vəlihəd davam edərək deyib: Biz yəhudilərlə bir cəbhədə olmalıyıq. Biz məmləkətimizdə bu cür düşüncədə olanları mühasirəyə alırıq, hətta bütün töhmətləri göz önünə alsaq belə onlarla qılıncla rəftardan belə (edamdan) çəkinməyəcəyik.

Bu düşüncənən məhv edilməsi üçün İsrail bizimlə müxtəlif layihələrdə əməkdaşlıq etməlidir. Bu etiqadın aradan aparılması üçün böyük potensiala ehtiyac var.

Şiələrin bir çoxunu bizimlə əməkdaşlıq etməyə inandırmaq məcburiyyətindəyik. Bizim İraq və Livanda çoxlu sayda şiə əməkdaşlarımız vardır.”

Qəzetin yazdığınana görə Bin Salmanın qənaətinə görə Ali Səudla İranın düşmənçiliyinin əsil səbəbi mehdiçilik düşüncəsidir.

Bin Salman “İmam Mehdinin zühuru İranın və bölgə şiələrinin məntiqidir. Bu səbəbdən şiələrin bu etiqada iman gətirənlərinin düşüncələrini aşılamağa imkan verməməliyik.

Biz əməkdaşlığda olan və bu fikiri rədd edən şiələrlə əməkdaşlığımızı artıracağıq. Onları pulla, maddi dəstəklə təmin edəcək, İraq və Livanda hakimiyyətə gətirəcəyik.

Mehdiçilik düşüncəsində olanlara nə ölkəmizdə, nə Bəhreyndə, nə Yəməndə, nə də heç bir yerdə üst nöqtəyə gəlməsinə imkan verməyəcəyik” deyə fikirini tamamlayıb.

Mənbə: Al Raie İnternational News Agency (alrai-iq.com)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930