Seyid Həsən Nəsrullah: "Əgər İranla müharibə olarsa, bu alov bütün məntəqəni bürüyəcək"
Mьəllif: admin1
Tarix: 1-06-2019, 14:53
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: "Əgər İranla müharibə olarsa, bu alov bütün məntəqəni bürüyəcək"
Dünən Qüds günü münasibətilə çıxış Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bir sıra mühüm məsələlərə və bölgədə baş verən hadisələrə münasibət bildirib.

İran və ABŞ arasında yaşanan böhrana toxunan Seyid Həsən Nəsrullah bildirib ki, İran İslam Respublikasının ali lideri Ayətullah Xameneinin bildirdiyi kimi ABŞ-la İran arasında müharibə baş verməyəcək: "Amma əgər ABŞ müharibəyə başlayarsa nə ilə nəticələcəyini bilməlidir.

Əgər İranla müharibə olarsa, bu İranın sərhədlərində məhdudlaşmayacaq. Bu alov bütün məntəqəni bürüyəcək. ABŞ-ın məntəqədəki bütün qüvvələri və mənafeyi aradan gedəcək.

ABŞ-la işbirliyində olanlar, ilk növbədə İsrail və Səudiyyə Ərəbistanı rejimi bunun bədəlini ödəyəcəklər. İran bu gün məntəqədə böyük qüvvəyə çevrilib.

Amma Ərəbistanın təyyarəsi belə ABŞ-ın icazəsi olmadan enə bilməz. Bəziləri deyirlər İsrail güclüdür. Amma həqiqət bundan ibarətdir ki, 2019-cu ildə İsrail digər illərdən daha zəifdir".

Seyid Həsən çıxışının davamında qeyd edib ki, bölgədə müharibənin baş verməsi gözlənilmir. Hətta Trampın özü də etiraf edib ki, belə bir müharibə ABŞ-da pul və insan itkisinə səbəb olacaq.
/www.eastnews.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930