Zaur Darğallı Marneuli rayonunun meri seçilib - Səslərin faizləri açıqlanıb
Mьəllif: admin1
Tarix: 20-05-2019, 10:23
Bцlmə: Xəbərlər
Zaur Darğallı Marneuli rayonunun meri seçilib - Səslərin faizləri açıqlanıb
Mərkəzi Seçki Komissiyası Marneuli rayonunda 90 seçki məntəqəsinin hamısı üzrə nəticələri elan edib.

24News.ge xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 78,6%-ni əldə edərək Marneulinin meri seçilib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11,49%,

Müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,54%,

Müstəqil namizəd Əli Bədirov isə 1,21% səs toplayıb.

Qeyd edək ki, ötən gün Marneulidə keçirilmiş mer vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb. Rayonda seçici fəallığı 35,82% təşkil edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930