Müsəlman qeyri-müsəlmanı xilas etmək üçün öz orucunu pozdu - ƏTRAFLI
Mьəllif: admin1
Tarix: 14-05-2019, 10:36
Bцlmə: Xəbərlər
Müsəlman qeyri-müsəlmanı xilas etmək üçün öz orucunu pozdu - ƏTRAFLI
İslmazeri.com-un “Islam News”-a istinadən verdiyi xəbərə əsasən, hindistanlı müsəlman Ramazan ayında öz dininin uyuşqanlıq və gözəlliyini əyani şəkildə nümayiş etdirib.

26 yaşlı Məhəmməd Panaullah Əhməd tibbi texnik çalışan induist-qonşusu Tapaşdan öyrənib ki, Quvahatidə yerləşən xəstəxanada xəstələrdən birinin müəyyən qrup qana ehtiyacı var və heç cür donor tapılmır.

Xəbərdən təsirlənən müsəlman tələb olan qanın daşıyıcısıdır və dərhal yerli din xadiminə zəng edərək, orucu pozmadan qan verməyin qaydalarını öyrənib və xəstəxanaya yola düşüb.

Din xadimi ona deyib ki, əgər qan verdikdən sonra özünü pis hiss edərsə, orucunu açsın.

Əhməd qan verərək 50 yaşlı induist sahibkar Dhemacinin həyatını xilas edib.

“Biz bu hərəkətinə görə Əhmədə çox minnətdarıq. Qan vermək üçün onun öz orucunu pozduğu biləndə çox təəccübləndik. O, təşəkkür əlaməti olaraq bizdən nəsə götürməkdən imtina etdikdə daha da çox təəccübləndik”, - deyə xilas edilmiş xəstənin qohumu deyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930