Buddist xanım İmam Rzanın (ə) hərəmində müsəlman oldu
Mьəllif: admin1
Tarix: 13-05-2019, 22:43
Bцlmə: Xəbərlər
Buddist xanım İmam Rzanın (ə) hərəmində müsəlman oldu
Taylandlı buddist xanım Məşhəd şəhərində İmam Rzanın (ə) mütəhhər hərəmində kəlmeyi-şəhadət gətirərək, İslam dinini qəbul etdikdən sonra, özünə Məryəm adını seçib.

Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, mayın 11-i səhər Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsində təşkil olunan bir mərasimdə əslən Taylanddan olan 32 yaşlı qadın illərlə davam etdirdiyi araşdırmalardan sonra, cəfəri fiqh elmi əsasında müsəlman olub.

Taylandlı qadın Orapan Royamial sözügedən mərasimdən sonra belə bir açıqlama verib: “Bundan 11 il əvvəl müsəlman olan həmkarımla tanış oldum və onun əməlləri, duaları və münacatlarını gördüyüm vaxt bu dini yaxından tanımağa istiqamətləndim.

İllərlə müxtəlif dinlər və təriqətlər haqqında araşdırma apardım və nəhayət həmin dinlərdəki nöqsanlardan dolayı İslam dini və cəfəri məzhəbini ən mükəmməl din və məzhəb seçərək, İslam ilə şərəfləndim.

Seçdiyim hər din və məzhəb ilə bağlı apardığım araşdırmalarımda dağınıq bir formada bəzi dəyərli məsələlərlə qarşılaşdım, ancaq şiə məzhəbi, içində ən əhatəli prinsiplərin ətraflı şəkildə bəhs olunduğu bir dindir və müsəlmanlar səy göstərərək mənəviyyat və kamalın son həddinə çatırlar”.

İslamda namaz qılmağın ən gözəl ibadət olduğunu qeyd edən Royamial, belə deyib: “Bu dində namaz uca və mühüm bir mövqeyə malikdir və namazın bütün ibadətlərin qarşısında olduğunu söyləmək mümkündür”.

Taylandlı yeni müsəlman xanım açıqlamasını belə davam etdirib: “İmam Rzanın (ə) pak hərəmi və Mübarək Ramazan ayı mənim yenidən doğulmağım üçün ən yaxşı məkan və ən yaxşı vaxtdır və mən bu seçimim üçün xoşbəxtəm və bu dinin həqiqətlərini dərk etməyi və kamala çatmağa ümid edirəm”.

Mərasimin sonunda sözügedən taylandlı xanıma Müqəddəs Rəzəvi Kompleksi xarici ziyarətçi işləri idarəsi tərəfindən Qurani-Kərimin ingiliscə tərcüməsi, səccadə və çarşab, kitab və bəzi digər mədəni hədiyyələr verilib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930