Ali Dini Rəhbər: “Bir çox ərəb liderləri kafirlərin yolu ilə gedir”
Mьəllif: admin1
Tarix: 15-04-2019, 15:23
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: “Bir çox ərəb liderləri kafirlərin yolu ilə gedir”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İranın paytaxtı Tehranda təşkil olunan 36-cı Beynəlxalq Quran Müsabiqəsinə qatılan iştirakçıları qəbul edib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, görüşdə Qurani-Kərimin əhəmiyyətinə toxunan Ali Dini Rəhbər, belə danışıb: “Heç şübhəsiz Qurani-Kərim insanın səadət və xoşbəxtliyi üçün bir kitabdır. Quran yalnız axirət üçün deyil, eyni zamanda dünya üçün də xoşbəxtlik təqdim edir”.

Müqəddəs kitabın həyatda praktiki bir şəkildə həyata keçirilməli olduğunu vurğulayan Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, Fəth surəsinin 29-cu ayəsini xatırladaraq, belə davam edib: “İslam ümməti arasında Quranın tətbiq olunmaması bir və ya iki nümunə ilə məhdudlaşmır.

Quran müsəlmanlar üçün kafirlərə qarşı sərt, öz aralarında mehribanlığı tövsiyə edir. Bəzilərimiz kafirlərə qarşı sərt məsələsini unudur və bir kənara qoyuruq.

Məsələn, İslam ölkələrində ABŞ və sionistlərlə əməkdaşlıq edənlər, Fələstində tökülən qanı heçə sayaraq onların hüquqlarını məhv etdilər. Bu adamlar kafirlərə qarşı sərt məsələsini unudub, kafirlərin nökəri olublar. İndi də bir çox ərəb liderləri bu yolla gedir”.

Bir qrup isə, öz aralarında mehribandırlar ayəsini unudub, müsəlmanlar arasında ixtilaf yayırlar. Quranı-Kərimə, Kəbəyə və Qibləyə inanan möminləri kafir elan edirlər.

İslam ölkələri bir-birlərinə qarşı mərhəmətli olmadığı vaxt daxili müharibələr ortaya çıxır. Necə ki, Yəmən və Suriyada bunları görürük.

Yəmən 4 ildən artıqdır ki bombalanır. Bunu edənlər kimlərdir? Kafirlərdir? Xeyr, bu ölkə kafir deyil, müsəlmanlara mərhəmətli davranmayan bir İslam ölkəsidir”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031