Tanınmış rəssamların rəsimlərindən ibarət sərgi... (Video)
Mьəllif: admin1
Tarix: 30-03-2019, 23:18
Bцlmə: Xəbərlər
Tanınmış rəssamların rəsimlərindən ibarət sərgi... (Video)
Ahlibeyt.ge 24News.ge saytına istinadən xəbər verir ki, Azərbaycan-Gürcü Sosial-Mədəni Platformasının təsis olunması ilə bağlı Gürcüstanın Milli Parlament Kitabxanasında tanınmış rəssamların rəsimlərindən ibarət sərgi keçirilib.

Tədbir çərçivəsində təsisçilər çıxış edərək yeni yaradılan platformanın məqsədlərindən danışıblar.

Tədbirdə İlahiyyatcı, rəssam Rizvan İsmayılın və rəssam İvane Kezuanın əsərlərindən ibarət sərgi təşkil olunub.

Mərasim yeniyetmə və gənc azərbaycanlı və gürcü gənclərin Gürcüstan və Azərbaycanın klassik və milli musiqilərinin canlı ifası ilə davam etdirilib.

Gənc azərbaycanlı pianoçu Rasim Pirməmmədov Tofiq Quliyev və digər azərbaycanlı bəstəkarların mahnı və musiqilərindən ibarət komposiziya təqdim edib.

Mərasimdə Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, Kvemo Kartli bölgəsinin qubernator müavini Zaur Darğallı, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı və gürcü gənclər və ziyalılar iştirak ediblər.





Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930