Tramp rəhbərliyi Səudiyyə rejiminə nüvə texnologiyasını satmağa razıdır
Mьəllif: admin1
Tarix: 29-03-2019, 09:50
Bцlmə: Xəbərlər
Tramp rəhbərliyi Səudiyyə rejiminə nüvə texnologiyasını satmağa razıdır
Yaxın Şərqi yandırıb-yıxan müharibə və gərginliklərin əsas səbəbkarı olan Səudiyyə rejiminə nüvə texnologiyası satması üçün səlahiyyət verən 6 gizli sənəd, ABŞ-ın energetika naziri Rik Perri tərəfindən imzalanıb.

Deyerler.org xəbər verir ki, Ər-Riyada nüvə texnologiyasını satmaq üçün ABŞ, Rusiya, Cənubi Koreya kimi ölkələr arasında ciddi rəqabətin getdiyini bildirən Reuters, Tramp rəhbərliyinin Səudiyyə rejimi ilə Amerikanın nüvə texnologiyasını əldə etməsi üçün gizli sövdələşmələr apardığını, saziş layihəsinin iki nüvə enerji stansiyasının inşasını da əhatə etdiyini də bildirib.

Səudiyyə rejiminin tenderi kimin qazandığını, müqaviləni kimlərlə bağlayacağını bu ilin sonunda açıqlamasının gözlənildiyini bildirən Reuters, istənilən bir müqavilədən əvvəl şirkətlərin nüvə gücü ilə bağlı hazırlıq işləri aparmalarına icazə verən lisenziya vermə sənədlərinin ABŞ-ın energetika naziri Rik Perri tərəfindən imzalandığını qeyd edib.

Perrinin imzaladığı “Fəsil 810” kimi də tanınan səlahiyyətləndirmə sənədlərini işlədiyini vurğulayan Reuters, müqavilələri bilən bir mənbəyə əsaslanaraq, şirkətlərin yalnız Səudiyyə rejimində hazırlıq işləri aparacaqlarını, ancaq hər hansı bir müəssisə üçün avadanlıq göndərməyəcəyini bildirib.

Perrinin verdiyi razılığı əvvəlcə “Deyli Beast” saytının yaydığını xatırladan Reuters, şirkətlərin Tramp rəhbərliyindən razılıqların gizli saxlanılmasını tələb etdiyini bildirib.

ABŞ Konqresinin bir çox üzvü Səudiyyə rejimini nüvə enerjisi ilə təmin etməyin Yaxın Şərqdə nüvə silahı yarışına gətirib çıxaracağından narahat olub.

Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman keçən il CBS-ə verdiyi müsahibəsində İran nüvə silahı yaradarsa, özlərinin də yaradacağını söyləmişdi.

Üstəlik Səudiyyə rejimi gizlicə nüvə silahı materialı hazırlamasına mane olan ABŞ-ın iki standartını qəbul etməyi rədd edir. Bunlar uranı zənginləşdirmək və istifadə edilmiş nüvə yanacağının yenidən işlənməsidir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930