Ərəb ölkələri son 8 ildə müharibələrə 900 milyard xərcləyib
Mьəllif: admin1
Tarix: 16-03-2019, 10:31
Bцlmə: Xəbərlər
Ərəb ölkələri son 8 ildə müharibələrə 900 milyard xərcləyib
Ərəb inqilablarının demokratik idarəetməyə nail olma yolunda apardıqları mübarizənin başqa istiqamətə dəyişməsinə regional və qeyri-regional qüvvələrin maraqları səbəb olmuşdur.

"Deyerler.org"un "parstoday.com" agentliyinə istinadən verdiyi xəbərə görə, son 8 ildə başlamış müharibələr siyahısında, ərəb, Qərb və sionist tərəflərindən dəstəklənən Suriya müharibəsini, Səud rejiminin Yəmənə qarşı apardığı işğalçı müharibəni, Liviyada vətəndaş müharibəsini, İraqda İŞİD müharibəsini misal çəkmək olar.

İsrail rejimini başladılmış müharaibələrdən əsas xeyir əldə edən tərəf kimi qeyd etmək olar. Onun maraqları, islam ölkələrində baş verən müharibə və qarşıdurmalarla təmin olunur.

2011-ci ilə ərəb ölkələrində baş qaldıran inqilablardan xoflanan İsrail rejimi, bunu özü üçün təhlükə bilərək, inqilabları müharibə və qarşıdurmalara çevirərək, ərəb ölkələri ilə münasibətlərini yaxşılaşdılrmağa çalışmış, islam ölkələrində zülmün, qarşıdurmanın, təhlükəsizliyin artması yolunda işlər görmüşdür.

Müharibəyə başlamış ərəb ölkələri xarici qüvvələrin müdaxilə və təsiri altına düşərək qüvvələrini itirmişdir.

Dünya Bankının direktorunun birinci müavini Mahmud Muhyiddin ərəb ölkələrinin gəlir bölgüsünə görə dünyanın ən pis ölkələri olduğunu deyib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Küveyt Rəsmi Xəbər Agentliyinin (KUNA) xəbərinə görə, BMT tərəfindən 2015-ci ildə qərarlaşdırılan 2030-cu ildə işə salına bilən inkişaf proqramının region ölkələrindəki vəziyyəti araşdırmaq üzrə Küveytdə səfərdə olan Muhyiddin, ərəb ölkələrinin zərərinin 2010-2018-ci illərdə yaşanan müharibələr nəticəsində baş verən tənəzzül və əldən verilən inkişaf fürsətləri səbəbilə 900 milyard dollar olduğunu deyib.

Muhyiddin Ərəb Baharı olaraq, inkişaf edən prosesdə 2011-ci ildə Suriya, Liviya və Yəməndə baş verən silahlı mübarizələrin bu ölkələrin iqtisadiyyatlarını məhv etdiyini xatırladıb.

Dünyanın ən pis gəlir bölgüsünün ərəb ölkələrinə aid olduğuna diqqət çəkən Muhyiddin, ölkələrdəki 10%-lik təbəqənin, milli gəlirin 60%-ni əlində saxladığını, bu nisbətin Avropa ölkələrində 45% olduğunu bildirib.

Muhyiddin Dünya Bankı olaraq 2019 və 2020-ci illərdə neftin barrel qiymətinin 69 ilə 74 dollar arasında olmasını gözlədiklərini qeyd edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930