Yeni Zelandiyada məscidlərə hücum nəticəsində şəhid olanların sayı 49-a çatdı
Mьəllif: admin1
Tarix: 15-03-2019, 18:17
Bцlmə: Xəbərlər
Yeni Zelandiyada məscidlərə hücum nəticəsində şəhid olanların sayı 49-a çatdı
Yeni Zelandiyanın Kraystçörç qəsəbəsində cümə namazı vaxtı 2 məscidə qarşı təşkil olunan silahlı hücumda şəhid olan və yaralananların sayı artıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Kraystçörçün Heyqli Park bölgəsindəki Əl-Nur məscidi və Linvuddakı məscidə naməlum şəxslər tərəfindən təşkil olunan silahlı hücumda 49 nəfərin şəhid olduğu, 39 nəfərin də yaralandığı qeyd olunub.

Polis hücumla əlaqədar 3 kişi və bir qadın olmaqla 4 nəfəri saxladığını açıqlayıb. Ancaq saxlanılan şəxslərin polis kəşfiyyatının axtarışda olanlar siyahısında olmadığı qeyd olunub.

Polis belə bir xəbərdarlıq edib: “Sərrast bir atıcı ilə Kraystçörçdə ciddi və inkişaf edən bir vəziyyət yaşanır. Polis vəziyyəti idarəetmə məsələsində bütün bacarıqları ilə cavab verir, ancaq risk şəraiti hələdə də həddən artıq yüksəkdir. Polis Kraystçörçdə yaşayanların küçələrə çıxmamalarını və növbəti xəbərdarlığa qədər evdə qalmalarını tövsiyyə edir. Cəmiyyətə əməkdaşlıq etdikləri üçün təşəkkür edirik, rayon sakinlərini məlumatlandırmaq üçün məlumatları tez-tez yeniləyəcəyik”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930