Küveytli rəsmi: İsraillə dostluq haramdır! Əxlaqsızlıqdır!
Mьəllif: admin1
Tarix: 4-03-2019, 22:44
Bцlmə: Xəbərlər
Küveytli rəsmi: İsraillə dostluq haramdır! Əxlaqsızlıqdır!
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Küveyt parlamentinin spikeri Marzuk əl-Qənim İsrail rejimi ilə münasibətlərin normallaşdırılmasına qarşı çıxaraq bu addımı etik və siyasi nöqteyi nəzərdən yolverilməz adlandırıb.

Əl-Qənim İordaniyanın paytaxtı Ammanda Ərəb Parlamentariyaları İttifaqının 29-cu konfransında çıxış edərkən tədbir iştirakçılarını, İsraillə münasibətlərin normallaşdırılmasından imtina bəndini layihənin yekun qətnaməsinə daxil etməyə səsləyib.

“İsraillə münasibətlərin normallaşdırılması siyasi nöqteyi nəzərdən haramdır. Bu əxlaqsızlıq və ədəbsizlikdir”, - deyə o qeyd edib.

“Biz xalqlarımızın nümayəndələriyik. Biz, İsraillə, uşaq qatili və (Fələstin) torpaqlarının işğalçıları ilə münasibətlərin normallaşmasına yekdilliklə “Yox!” deməliyik, onlarla münasibətləri normallaşdırmamalıyıq, çünki bu təslimiyyət deməkdir”, - deyə o vurğulayıb.

Qüdsü Fələstinin əbədi paytaxtı adlandıran əl-Qənim əlavə edib ki, “xurafat və əfsanələrə əl ataraq tarixi saxtalaşdırmaq istəyən hər kəsə deyirəm: “Boşuna cəhd etməyin, çünki siz yalnız özünüzü əldən salırsınız”,”.

“Qüdsə yardım iddiasında olanları döyüş meydanına çıxmağa və zalım və işğalçı rejimi məğlub etməyə yardım etməyə səsləyirəm”, - deyə o bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930