İranın ali lideri Ermənistan və Azərbaycanı müzakirələri davam etdirməyə çağırıb
Mьəllif: admin1
Tarix: 28-02-2019, 10:51
Bцlmə: Xəbərlər
İranın ali lideri Ermənistan və Azərbaycanı müzakirələri davam etdirməyə çağırıb
“Qarabağ münaqişəsinin həlli Ermənistan və Azərbayacan rəsmilərinin danışıqlarından asılıdır. Bu davam etdirilməlidir.”

“İslaminSesi” TasnimNews-a istinadla xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Xamenei deyib.

Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edən İranın ali dini lideri Qarabağ münaqişəsinin həlli üçün tərəfəri müzakirələri davam etdirməyə çağırıb.

Ayətullah Xamenei həmçinin İranın bu məsələnin həlli istiqamətində verə biləcəyi dəstəkdən danışıb və vurğulayıb ki, İran İslam Respublikası bu məsələnin həllinə kömək etməyə hazırdır.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan İrana səfəri çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşüb və görüşlər çərçivəsində bir sıra memorandum və anlaşmalara imza atılıb.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930