Müsəlman məktəbləri Hollandiyanın ən uğurlu məktəblərindəndir
Mьəllif: admin1
Tarix: 22-02-2019, 11:17
Bцlmə: Xəbərlər
Müsəlman məktəbləri Hollandiyanın ən uğurlu məktəblərindəndir
Müsəlman məktəbləri Hollandiyada ibtidai sinifi bitirənlər arasında keçirilən səviyyə imtahanında bütün ibtidai siniflər arasında ardıcıl beşinci dəfə ən uğurlu məktəblər arasına düşüb.

Deyerler.org HaberAyTürk-ə istinadən xəbər verir ki, RTL News tərəfindən aparılan araşdırmaya görə, ölkədəki İslam məktəbləri Təhsil, Mədəniyyət və Elm Nazirliyinin (OCW) təsdiq etdiyi ibtidai siniflərin şagirdlərini əhatə edən və bütün məktəblər tərəfindən verilən səviyyə imtahanında, 2018-ci ildə orta hesabla 7,4 balla ən yüksək səviyyəni alıb.

Ölkədə təxminən 6 min ibtidai məktəb arasında ilk 10-luqda olan Leerdam İslam məktəbi 5-ci, Maastrixt Əl-Həbib İslam məktəbi 9-cu və Amersfurt Bilal İslam məktəbi isə 10-cu olub.

Araşdırma ölkədəki bütün ibtidai məktəblərdə son üç ildə aparılan səviyyə sınaqlarının müqayisə olunması ilə qiymətləndirilib.






Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930