Türkiyədə çox sayda hərbçinin tutulduğu anti-terror əməliyyatı; yüzlərlə FETÖ-çu...
Mьəllif: admin1
Tarix: 19-02-2019, 21:36
Bцlmə: Xəbərlər
Türkiyədə çox sayda hərbçinin tutulduğu anti-terror əməliyyatı; yüzlərlə FETÖ-çu...
İslamazeri.com xəbər verir ki, 10-larla şəhərdə anti-terror əməliyyatı keçirilib.

Məlumata görə, hədəf FETÖ - Fətullah Gülənə bağlı terrorçuların ifşa edilməsi və çökdürülməsi əməliyyatı olub. Hücrə evləri aşkarlanıb, kiçik qruplaşma qrupları çökdürülüb.

İstanbul...

İstanbulda keçirilən əməliyyat zamanı 17 nəfər Şəhər Jandarmasında, 19 nəfər Quru Qoşunları Komandanlığında, 7 nəfər Hava Qüvvələri Komandanlığında 8 nəfər isə Dəniz Qüvvələri Komandanlığında hərbçi olan FETÖ üzvü olmaqda şübhəli bilinənlər tutulub.

Qeyd edilir ki, tutulanlardan biri polkovnik, ikisi mayor, 1-i kapitan, 8-i baş leytenant, 3-ü leytenant, 25-i gizir, 14-ü isə serjant və adi əsgərdir.

İzmir...

İzmirdə keçirilən fətullahçılara qarşı anti-terror əməliyyatı zamanı 182 nəfər müxtəlif dövlət və idarədə işləyən şübhəlilər saxlanılınıblar. Əməliyyat 42 şəhərdə həyata keçirilib.

Ankara, qadınlar...

FETÖ-nun qadın təşkilatlanmasına qarşı keçirilən əməliyyat zamanı 37 nəfər haqqında saxlanılma qərarı verilib. Ankaradakı əməliyyatlarda 22-si qadın olmaqla 26 nəfər tutulub, Ankarada FETÖ-nun qadın təşklatlanmasında mühüm rolu olan Yasəmən Ö. ilə əlaqədə olan 37 nəfər saxlanılıb.

Muğla...

Muğla mərkəzli əmıliyyatlarda isə, 18 nəfər haqqında saxlanılma qərarı verilib. Aralarında hərbçi də olan 18 nəfərin saxlanıldığı önə çəkilir.

Kocaeli...

Kocelidə keçirilən anti-terror əməliyyatı zamanı 18 nəfərin saxlanıldığı önə çəkilir. Lakin bu şəhərdə 20 hərbçinin də FETÖ əməliyyatları çərçivəsində həbs-qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərar verib.

Ümumilikdə Ankara, İstanbul, İzmir, Adana, Gazientep, Samsun, Zonquldaq, Balıksir, Kocaeli, Bingol şəhərlərində eyni zamanda əməliyyat keçirildiyi önə çəkilir, 176 nəfərin bu gün FETÖ-ya qarşı əməliyyat zamanı saxlanılıdğı bildirilir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930