Gürcüstan Rusiyadan qaz almaq istəyir
Mьəllif: admin1
Tarix: 14-02-2019, 22:48
Bцlmə: Xəbərlər
Gürcüstan Rusiyadan qaz almaq istəyir
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya ölkəsinin Rusiyadan qaz alacağını istisna etmir.

24News.ge xəbər verir ki, o, bu barədə parlament komitəsinin iclasında “Qazprom”la yeni saziş üzrə danışıqların davam etdirildiyini bildirib.

Nazir qeyd edib ki, qaz tədarükünün diversifikasiyası və optimallaşdırılması vacib təşəbbüsdür.

“Biz elə bir imkan yaratmaq istəyirik ki, qaz tədarükçüsü bir yox, birdən çox olsun. Şərtlərin yaxşılaşdırılması ilə bağlı danışıqlar aparırıq. Bu, çətin danışıqlardır və vaxt lazımdır”, - deyə o vurğulayıb.

Kobuliya nəticənin artıq bu ilin sonunadək əldə olunacağını istisna etməyib.

Qeyd edək ki, hazırda Gürcüstana təbii qaz, habelə neft və neft məhsullarının əsas tədarükçüsü Azərbaycanın SOCAR şirkətidir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031