Ayətullah Xamenei İslam İnqilabının sirrini açıqlayaraq ikinci 40 illik gələcəyini gənclərə tapşırdı
Mьəllif: admin1
Tarix: 14-02-2019, 22:45
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei İslam İnqilabının sirrini açıqlayaraq ikinci 40 illik gələcəyini gənclərə tapşırdı
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının qələbəsi günü münasibətilə İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei bir qrup gənclərlə görüşərək onlara öz tövsiyələrini verib və birinci 40 illliyin uğurla missiyasını başa vurduğunu və yeni 40 ilik dönəminə qədəm qoyduğunu bildirib.

O İslam İnqilabının 40 illiyini böyük cihad adlandıraraq, bu qələbənin sirlərini 7 bənddə açıqlayıb.

Sözlərinin əvvəlində çox az xalqların zülmə etiraz edərək inqlab etdiyi, əsasən də inqilabı qoruduqlarını bildirən Ayətullah Xamenei " İran xalqının əzəmətli inqilabı yeganə inqilabdır ki, iftixarla dolu qırxilliyi öz amallarına xəyanət etmədən arxada qoyub və müqavimətedilməz kimi görünən bütün həyəcanlar qarşısında öz ləyaqətini və şüarlarının əslliyini qoruyub. İndi özünüdüzəltmə, cəmiyyətlə məşğulolma və sivilizasiyayaratmanın ikinci mərhələsinə daxil olubdur. Səmimi qəlbdən bu xalqa eşq olsun! Başlayan və davam etdirən nəsilə və hazırda ikinci qırx ilin böyük və beynəlxalq prosesinə daxil olan nəsilə eşq olsun!", -deyib.

Daha sonra iran xalqının və inqilabının güclü olmasından danışan İnqilab rəhbəri deyib: "İran xalqının İslam İnqilabı güclü, amma mehriban, güzəştə gedən və hətta məzlum olubdur. Bir çox qiyamlar və hərəkatların biabırçılıq əsası olan ifratçılıqlara və solçuluqlara qurşanmayıbdır. Heç bir döyüşdə hətta Amerika və Səddamla döyüşdə birinci gülləni atmayıb və bütün hallarda düşmənin hücumundan sonra özünü müdafiə edib və əlbəttə, qarşılıqlı cavab zərbəsini möhkəm vurubdur. Bu inqilab başlanğıcdan bugünədək nə rəhmsiz və qantökən olub, nə də ki, zəif və tərəddüdlü. Açıq şəkildə və şücaətlə zorakılar və boyunsındıranlar qarşısında dayanıb, məzlumları müdafiə edibdir. Bu inqilbaçı comərdlik və mürüvvət, bu sədaqət, açıqlıq və qüdrət, dünya məzlumları qarşısındakı bu beynəlxalq və regional əməl dairəsi İranın və iranlının başıucalığı mənbəyidir və daim belə olsun!"

Daha sonra inqilab sirlərini açıqlayan Ayətullah Xamenei bu sirrlərini belə sıralayıb:

1. Ölkənin sabitliyi və təhlükəsizliyi, suverenliyi, ərazi bütövlüyü və düşmənlərin ciddi təhdidləri dalğasna məruz qalmış sərhədlərin qorunmasına zəmanət verdi və səkkizillik savaşda qələbə və Bəəs rejiminin və onun amerikalı, avropalı və şərqli himayədarlarının məğlubiyyəti möcüzəsini yaratdı.

2. Quruculuq, elmi inkişaf, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq, minlərlə unviersitet fəaliyyəti, nano texnologiya, nüvə texnologiyası, müdafiə sahəsindəki inkişaf, mühəndislik, mühüm və həssas tibb ixtisaslarında parlama və mərcəiyyətin ondakı yeri və inkişafın onlarla digər nümunəsi inqilabın ölkə üçün müjdə gətirdiyi o kollektiv hiss, iştirak və ruhiyyə.

3. Xalqın seçkiləri və seçkilərdə iştirakı, daxili fitnələr zamanı ayıq-sayıqlıq, imperializmlə mübarizəsəd siyası güc, xeyirxahlıq və humanitar yardımda inkişaf, təbii hadisələr zamanı yüksək xidmət və bu sahədə rəğbət.

4. Xalq kütlələrinin ictimai-siyasi görüşünün artması, beynəxalq məsələlərə düzgün baxışı. Siyasi analiz, ABŞ və Qərbin cinayətləri, Fələstin məsələsi, xalqına tarixi zülm, zalim rejimlərin zülm, xalqların işlərinə qarışma və siyasi baxışları məhdud "ziyalı" inhisarından çıxardı və xalqın bu sahədə zehniyyəti inkişaf edərək. yeniyetmələrin belə bir çox məsələlər dərkedilən və aydın oldu.

5. Ölkənin ümumi imkanlarının bölünməsində ədalət tərəzisinin gözünü ağırlaşdırdı. Mənim ədalətin ölkədəki fəaliyyətindən, bu yüksək dəyərin İslam Respublikası quruluşunun başında taysız bir gövhər kimi durmalı olması və hələ durmamasına görə narazılığım bu mənada yozulmamalıdır ki, ədalətin bərqərarı üçün iş görülməyibdir. Həqiqət burasındadır ki, bu qırx ildə ədalətsizliklə mübarizənin nailiyyətləri heç bir keçmiş dövrlə müqayisəediləsi deyildir. Tağut rejimində ölkənin gəlirləri və xidmətlərinin əksər hissəsi paytaxt sakinlərinin və ya onların ölkənin bəzi digər nöqtələrindəki taylarından ibarət kiçik bir qrupun ixtiyarında idi.

Ölkənin ən ucqar nöqtələrində yolsalma, evtikmə, sənaye mərkəzlərinin yaradılması, kənd təsərrüfatı işlərinin islahı, işıq və suyun çatdırılması, müalicə mərkəzləri, universitet bölmələri, su bəndləri, elektrik stansiyaları və sair bu kimi hallar barədəki böyük statistika doğrudan da iftixargətiricidir. Şübhəsiz, bütün bunlar nə məsul şəxslərin qeyri-aydın təbliğatlarında əks etdirilib, nə də ki, xarici və daxili bədxahların dilləri onu etiraf ediblər.

Lakin Allah-Taalanın və xalqın yanında mömin və cihadçı müdirlər üçün səmimi bir şey var. Əlbəttə, Ələvi hökuməti kimi tanınmaq istəyən İslam Respublikasında gözlənilən ədalət bunlardan yuxarıdır və onun icrasına ümid siz gənclərədir ki, sonradan ona nəzər salacağam.

6. Cəmiyyətdə əxlaq və mənəviyyatın təbliği. Bu mübarək fenomeni Həzrət İmam Xomeyninin rəftar tərzi mübarizə dövrü boyu və inqilabın qələbəsindən sonra hər şeydən çox rəvac verdi. O mənəvi və arif və maddilikdən azad insan elə bir ölkənin başında qərar tapdı ki, onun xalqının iman əsasları çox dərin və köklü idi. Təbii pəhləvilərin dövranı boyu pozğunluğu yayan təbliğatın rəhmsiz əli ona sərt zərbələr vurdu və Qərbin əxlaq bulanıqlığı və çirkabını orta təbəqədən olan insanlara, xüsusən gənclərə çəkib gətirdi, lakin İslam Respublikasındakı dini və əxlaqi münasibət gənclər xüsusiyyət təşkil etməklə nurlu və istedadlı ürəkləri cəzb etdi, mühit dinin və əxlaqın xeyrinə dəyişdi. Gənclərin sərt meydanlarda, o cümlədən Müqəddəs Müdafiədəki mübarizələri zikr, dua, qardaşlıq və fədakarlıq ruhiyyəsi ilə yanaşı oldu və İslamın hakimiyyəti dövrünün macəralarını canlı və aşkar şəkildə hamının gözləri qarşısına qoydu.

Namaz, həcc, orucluq, ziyarət yürüşü, müxtəlif dini mərasim və tədbirlər, vacib və müstəhəb sədəqələr hər yerdə, xüsusən gənclər arasında rövnəq tapdı və bu günədək günbəgün daha çox və daha keyfiyyətli olubdur. Bütün bunlar elə bir dövrdə baş verdi ki, Qərbin və onun davamçılarının günbəgün artan əxlaq süqutu və onların kişi və qadını pozğunluq çirkablarına çəkmək üzrə irihəcmli təbliğatları dünyanın başlıca hissələrində əxlaq və mənəviyyatı təcrid edibdir və bu, fəal və avanqard islami quruluşun və inqilabın digər bir möcüzəsidir.

7. Dünya zalımları - başda ABŞ olmaqla xalqın bunlara qarşı duruşu, müqaviməti və müdafiəsi. 40 il boyunca müstəkbir və zalımlara qarşı durma, başıuca onlara qarşı olma bu xalqın tanınmış xüsusiyyətlərindən idi. Amerikanın oyuncaqlarını ölkədn qovaraq bir daha vətənlərinə buraxmamaq və yiyələnməmələri üçün dik duruş sərgiləyə bildi.

Daha sonra gənclərə yeni 40 illik tarixin onların əlində olmasını deyən İslam İnqilab Rəhbəri "Siz gənclər bu təbliğat mühasirəsinin sındırılmasında öncül olmalısınız. Özünüzdə və başqalarında gələcəyə ümid fidanını bəsləmələsiniz. Qorxu və ümidsizliyi özünüzdən və başqalarından uzaqlaşdırın. Bu, sizin ilk və ən köklü cihadınızdır. Bəzilərinə işarə olunmuş ümidverici nişanələr sizin gözləriniz önündədir. İnqilab cücərtiləri uçulmalardan daha genişdir və mötəbər və xidmətçi əllər və ürəklər xainlərdən və korrupsionerlərdən daha çoxdur. Dünya iranlı gəncə, iranlı müqavimətə və iranlı təşəbbüslərə bir çox sahələrdə hörmətlə baxır. Öz qədrinizi bilin və ilahi qüvvətlə gələcəyə döğru hərəkət edərək, qəhrəmanlıq yaradın."
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031