İraqlı yaşlı xanım Qurani-Kərim hifzinə görə rekord vurdu
Mьəllif: admin1
Tarix: 13-02-2019, 22:10
Bцlmə: Xəbərlər
İraqlı yaşlı xanım Qurani-Kərim hifzinə görə rekord vurdu
İraqın cənub hissəsindən olan 90 yaşlı Xəmdiyə Jaaz Musa, Qurani Kərimi hifz etməyə müvəffəq olmuşdur.

"Deyerler.org"un "iqnanews.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, Xəmdiyə Jaaz 1929-cu ildə Əl-Modinət şəhərində dünyaya gəlib. 90 yaşında mübarək Qurani Kərimi hifz edən Xəmdiyə, yaşın insan həyatında rəqəmdən başqa bir şeyin olmadığını sübut etmişdir.

Xəmdiyə Jaaz, İmam Hüseynin (ə) hərəmində fəaliyyət göstərən "Darul Quran"-ın "Minlərlə Qurani Kərim hafizləri" layihəsinin məzunudur. O, təlim yeriylə evinin arasında çox məsafənin olmasına baxmayaraq, müntəzəm olaraq dərslərdə iştirak edir.

İmam Hüseyn (ə) hərəminin nəzdində fəaliyyət göstərən "Darul Quran" tədris mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri, 4600 qadın və kişinin iştirak etdiyi "Minlərlə Qurani Kərim hafizləri" layihəsidir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930