Xristian ölkəsinin başçısı fələstinli müsəlman oldu
Mьəllif: admin1
Tarix: 5-02-2019, 19:54
Bцlmə: Xəbərlər
Xristian ölkəsinin başçısı fələstinli müsəlman oldu
İslamazeri.com-un “Daily Sabah”-a istinadən verdiyi xəbərə əsasən, Salvadorda keçirilmiş prezident seçkilərində qələbəni Nəyyib Bukele qazanıb. O, fələstinli müsəlman mühacirin oğludur.

O, seçicilərin təxminən 54 faizinin səsini qazana bilib ki, bu da, onun 3 rəqibinin birlikdə topladığı səsdən çoxdur.

Maraqlıdır ki, beləliklə də, yeni dövlət başçısı son 25 ildə ölkə siyasətində dominantlıq etmiş 2 əsas partiyanı sıxışdıra bilib.

Qeyd edilir ki, Bukele 1981-ci ildə anadan olub, 2015-ci ildən isə paytaxt San-Salvadorun meri idi.

Onun ailəsi hələ XX əsrin əvvəllərində Osmanlı imperiyasının pasportları ilə Latın Amerikasına köç edib.

Nəyyib Bukelenin atası Armando Bukele Kattan ölkənin məşhur imamlarından biridir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930