Maduro: “Venesuela ordusu ABŞ çevrilişinə qarşı hazır vəziyyətə gətirildi”
Mьəllif: admin1
Tarix: 30-01-2019, 10:28
Bцlmə: Xəbərlər
Maduro: “Venesuela ordusu ABŞ çevrilişinə qarşı hazır vəziyyətə gətirildi”
Venesuelanın prezidenti Nikolas Maduro ölkəsindəki imperialist dövlət çevrilişi cəhdi qarşısında əsgərlərdən bir yerdə və intizamlı olmalarını istəyib.

Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Maduro Karabobo əyalətində 41-ci Zirehli Briqadaya səfər edərək, təhlükəsizlik qüvvələri ilə görüşüb.

Burada əsgərlərə müraciət edən Maduro, ordunu parçalamaq üçün daim hiylə qurulduğunu, lakin təhlükəsizlik qüvvələrinin Venesuelaya və konstitusiyasına getdikcə daha sadiq olduqlarını söyləyib.

Maduro Venesuelanın xilaskarı olan Simon Bolivarın 1819-ci ildə İkinci Qurucu Parlamentdə çıxış etməsinin 200-cü ildönümü tədbirlərinə görə, 10-15 fevral tarixləri arasında təşkil olunacaq anım mərasimlərini xatırladıb.

“Venesuela tarixinin ən mühüm hərbi fəallıqlarına hazırlaşırıq”, - deyən Maduro, ölkəsindəki imperialist dövlət çevrilişi cəhdi qarşısında əsgərlərinə bir yerdə və intizamlı olmaq göstərişini verib.

“Heç kim müqəddəs səmamıza toxunmasın deyə, bütün silahlı sistemləri, hərbi qüvvələri, döyüş qabiliyyətini, hərbi vətəndaş birliyini və hərbiləşmiş qüvvələri hazır vəziyyətdə saxlayacağıq”, - deyə Maduro bildirib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031