Şeyx Əli Salmana ömürlük həbs cəzası verildi
Mьəllif: admin1
Tarix: 28-01-2019, 23:33
Bцlmə: Xəbərlər
Şeyx Əli Salmana ömürlük həbs cəzası verildi
Bəhreyndə məhkəmə ölkədə ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmana ömürlük həbs cəzası verib.

Deyerler.org Lualuatv-yə istinadən xəbər verir ki, Şeyx Əli Salman Əli Əhməd, Şeyx Həsən Əli Cümə Sultan və Şeyx Əli Mehdi Əli Əl-Əsvəd haqqında verilən ömürlük həbs cəzası bu ölkənin rejiminə bağlı bir məhkəmədə təsdiq olunub.

Verilən məlumata görə, müxalif qrupun liderlərinə verilən həbs cəzasının səbəbi “Qətər üçün casusluq etmək” kimi göstərilib. Bəhreyn rəhbərliyi Qətərin hökuməti devirməyə çalışdığını iddia edir.

Bu arada, Əl-Vifaq cəmiyyəti bəyanat verərək, Şeyx Əli Salmanın bəraət verilməsini və dərhal azadlığa buraxılmasını tələb edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930