İsrailin "ağır xəstədir" dediyi Seyid Nəsrullahdan önəmli açıqlamalar
Mьəllif: admin1
Tarix: 27-01-2019, 20:05
Bцlmə: Xəbərlər
İsrailin "ağır xəstədir" dediyi Seyid Nəsrullahdan önəmli açıqlamalar
Neçə müddətdir ki, televiziyalarda çıxış etməyən "Hizbullah" lideri Seyid Həsən Nəsrullah dünən "Al Mayadeen" telekanalının suallarını cavablayıb.

İslamazeri.com xəbər verir ki, bundan öncə İsrail və bəzi İsrail maraqlarına xidmət edən KİV Seyid Həsən Nəsrullahın ağır xəstə olduğu dezinformasiyaları verirdilər. Buna sübut kimi isə, "Hizbullah" liderinin telekanallarda və ya mərasimlərdən çıxışlarının yayımlanmamasını göstərirdilər.

Bu cür dezinformasiyalar dünya mediasına çıxdıqdan sonra "Hizbullah" lideri Seyid Həsən Nəsrullahın "Al Mayadeen" telekanalına müsahibə verəcəyi tarixin anonsu verildi. Dünən gecə saatlarında telekanal müsahibəni yayımlayıb. Müsahibə bir neçə telekanal vasitəsilə sinxron tərcümə ilə canlı yayımlanıb.

Al Mayadeen telekanalına danışan "Hizbullah" lideri Seyid Həsən Nəsrullah ilk öncə dezinformasiyaları təkzib edib.

"Səhhətimin pisləşməsilə bağlı xəbərlərin hamısı yalandır. Mən xəstəliyə yoluxmamışam və heç bir problemim yoxdur.", -deyə o bildirib.

İsrailin bir müddət "Hizbullah"a aid tunelləri tapmaları və bunu təbliğat vasitəsi etməsinə isə Seyid Nəsrullah "Biz, Hizbullahın tunel qazıb-qazmaması ilə bağlı açıqlama verməyə məcbur deyilik. İsrail, Hizbulahın tunel qazdığını iddia edir, ancaq bu iddiayı isbatlayacaq sübutu yoxdur. Bu tunel yeni qazılıb, çoxdan qazılıb. 2006-cı il döyüşlərindən əvvəlmi, sonramı qazılıb? Onlar diqqət etməsələr də, bu İsrail kəşfiyyatının məğlubiyyəti anlamını verir.", -deyə əlavə edib.

Seyid Nəsrullah daha sonra deyib: "İsrailin tunelləri ifşa etməsilə bağlı əməliyyatı, əslində israilli köçkünləri qorxutdu. Çünki onlar bu əməliyyatlardan əvvəl heç bir tunelin olmadığını və sadəcə raketlrdən narahat olduqlarını deyirdilər. Netanyahu, tunellər məsələsini mediaya sızdırmaqla israilli köçkünlərin daha çox qorxmasına səbəb oldu. Əslində Netanyahu bu məsələdə psixolojik müharibədə bizə xidmət etdi. Çünki israilli köçkünlər bundan sonra əvvəlkindən daha çox qorxu içində yaşayacaqlar."

Seyid Nəsrullah İsrailli bəzi generalların "Hizbullah Əl-Cəlilə necə girəcək?" sualına "Əgər müharibə olarsa, Əl-Cəlilə girib-girməməyə qərar onda verəcəyik. O zaman necə girəcəyimizi düşünürük. Havadan, qurudan, bəzi livanlıların zarafatla dediyi motosikletlərlə. Amma söz budur ki, onlar bizim Əl-Cəlilə girməyimizi hiss edən deyillər. Tunelləri ifşa etmək əməliyyatı məğlubiyyətə uğrayıb, çünki heç bir şəkildə bizə əngəl olan deyil.", -deyə cavab verib.

Son zamanlar İsrail rəsmilərinin hücum təhdidinə cavab olaraq Seyid Nəsrullah deyib: "Əgər hücum edəcək olsalar peşman olacaqlar. Bəli, peşman olacaqlar. Bu gün Netanyahu və digirə rəsmilərə "Belə ağılsızlıq etməyin", deyə səslənirəm. Bizim variantlarımız masa üstündədir. Bu günə qədər siz variantlarınızın masa üstündə olduğunu deyirdiniz, indi müqavimət deyir "bütün variantlar masadadır".

Seyid Nəsrullah İsrailin Suriyada məğlub olduğunu, İrana qarşı embarqoların da bir nəticə vermədiyini çıxış ızamanı önə çəkib. Müsahibə 3 saata qədər davam edib.




Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930