Alparslan Kuytul yenidən həbs edildi
Mьəllif: admin1
Tarix: 26-01-2019, 16:13
Bцlmə: Xəbərlər
Alparslan Kuytul yenidən həbs edildi
Alparslan Kuytul və Furqan Fondunun sədri Əli Alagöz məhkəmə prosesi prokurorunun etirazı ilə yenidən həbs olunaraq həbsxanaya göndərilib.

İslamazeri.com xəbər verir ki, Alparslan Kuytul qohumları ilə söhbət etdiyi bir zamanda dünən gecə Türkiyə saatı ilə 23:30 radələrində evinə edilən basqın nəticəsində polisə aparılıb.

Evə basqın edən polis dəstələri evdəki uşaq və qonaqları çölə çıxartdıqdan sonra evdə axtarış aparıb.

Adana Respublika Baş Prokurorluğu adına məhkəmə prosesi prokurorunun təxliyə qərarına dair Adana 5-ci Ağır Cəza Məhkəməsinin etirazı üzərinə, məhkəmə Alparslan Kuytul və Əli Alagözün yenidən həbs olunmasına qərar verib.

Dünən gecə saxlanıldıqdan sonra Adana Kürkçüler həbsxanasına aparılan Alparslan Kuytul və fond sədri Əli Alagöz bu gün etibarilə Bolu F Tipli Həbsxanaya nəql edilir.

Qeyd edək ki, dünən Adana 4-cü Ağır Cəza Məhkəməsində baxılan məhkəmə iclasının üçüncü gün iclasında 1 ildir həbsdə olan Alparslan Kuytul və "Furqan" Fondunun sədri Əli Alagöz haqqında təxliyə qərarı verilmişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930