Rusiyanın bu şəhərində müsəlmanlar mənfi 30 dərəcədə namaz qılırlar
Mьəllif: admin1
Tarix: 25-01-2019, 20:19
Bцlmə: Xəbərlər
Rusiyanın bu şəhərində müsəlmanlar mənfi 30 dərəcədə namaz qılırlar
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiyanın Krasnoyarsk şəhərində yaşayan müsəlmanlar küçədə ibadət etmək məcburiyyətindədirlər. Bu bölgədə isə qışda havanın temperaturu nadir hallarda mənfi 20 dərəcədən yuxarı qalxır.

Məsələ burasındadır ki, şəhərdəki əsas məscid 400 nəfər üçün nəzərdə tutulub, lakin hər cümə məscidə 1,5-2 min insan gəlir, bayramlarda isə bu rəqəm 20 minə çatır.

Nəticədə də, müsəlmanlar küçədə namaz qılmalı olurlar, Sibir şəraitində, mənfi 30-40 dərəcə şaxtada, bəzən də küləkli havada bu, çox ciddi sınaq olur.

Krasnoyarsk Diyarının Vahid Müsəlmanlar İdarəsinin rəhbərliyi 15 ildir ki, yeni məscidin tikilməsi təşəbbüsü ilə çıxış edir, lakin bu, hələ heç bir nəticə verməyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930