İŞİD terrorçularını xilas edən ABŞ, onlara öz bazasında yer verdi
Mьəllif: admin1
Tarix: 25-01-2019, 20:17
Bцlmə: Xəbərlər
İŞİD terrorçularını xilas edən ABŞ, onlara öz bazasında yer verdi
ABŞ Suriya və İran güclərinin əlinə düşməmək üçün silahı yerə qoyub onlara təslim olan yüzlərlə İŞİD terrorçusunu açıq şəkildə dəstəkləyərək "Ömər" neft sahəsindəki bazasına daşıyıb.

İslamazeri.com xəbər verir ki, Deyr əz-Zor vilayətindəki İŞİD terrorçuları, Suriya və ya İran qüvvələri tərəfindən yox ediləcəklərini başa edəndə ABŞ-a pənah aparıblar. Fərat çayının şərqində təslim olan yüzlərlə İŞİD terrorçusu ABŞ-ın bazasına aparılıb.

Deyr əz-Zordakı yerli mənbələrdən alınan məlumata görə, Suriyada Fərat çayının şərqində bir məntəqədə çətin vəziyyətə düşən yüzlərlə İŞİD terrorçusu, ilk dəfə toplu halda silah yerə qoyub.

Terrorçular təslim olduqları koalisiya qüvvələrinin vertolyotları ilə ABŞ-ın "Ömər" neft sahəsindəki bazasına aparılıb.

ABŞ-ın İŞİD-ə açıq şəkildə dəstək verdiyi "Wikileaks" sənədlərində də ortaya çıxmışdı, sözügedən bazaya aparılan İŞİD militanlarının aqibəti isə, hələ ki, bilinmir.

Bir neçə ay əvvəl də buna oxşar bir hadisə olmuş, İranda terrora cəhd edən İŞİD terrorçularının göndərildiyi Suriyadakı ABŞ hərbi bazası, İran raketləri ilə edilən dəqiq zərbələrilə məhv edilmişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930