Venesuelada etiraz aksiyaları zamanı azı 16 nəfər ölüb
Mьəllif: admin1
Tarix: 24-01-2019, 10:48
Bцlmə: Xəbərlər
Venesuelada etiraz aksiyaları zamanı azı 16 nəfər ölüb
Çərşənbə günü Venesuelada hökumət əleyhinə keçirilən nümayişlər zamanı baş vermiş toqquşmalar nəticəsində azı 16 nəfər həyatını itirib, 70-dən çox insan saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "El Pitazo" portalı məlumat yayıb.

Onun məlumatına görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar ölüm halları Amasonas, Barinas, Bolivar, Portuqesa və Taçira ştatlarında, həmçinin ölkə paytaxtı Karakasda qeydə alınıb.

Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları ölkənin bir çox bölgələrində keçirilir.

"El Nacional" qəzetinin məlumatına görə, Karabobo ştatının Valensiya şəhərində bir qrup polis əməkdaşı etiraz aksiyasına qoşulub.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031