Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu
Mьəllif: admin1
Tarix: 23-01-2019, 21:42
Bцlmə: Xəbərlər
Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu
20 Yanvar tarixində Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılıb.

24News.ge Jamnews-ə istinadən xəbər verir ki, Axalkalakinin buqaşen kəndində ucaldılan abidənin açılış mərasiminə kənd sakinləri və qonşu kəndin sakinləri də iştitak ediblər.

Açılış mərasimində Gürcüstan rəsmiləri- Akhalkalaki Bələdiyyə Başçısı Yurik Hunanyan, Bələdiyyə sədri Nairi İriçyana, Hakimiyyət orqanları, habelə millət vəkilləri Enzel Mkoyan və Samvel Manukyan eləcədə Ermənistanın fövqaladə və səlahiyyətli səfiri Ruben Sadoyan iştirak ediblər.

Qarabağ müharibəsində vəfat edən Mixail Avagyanın Buqaşen kəndindəki abidəsinin və onun ətrafında salınan oyun meydançasının inşasına xeyriyyəçi Gagika Avagyan maddi dəstək olub.
Açılışa qədər kilsədə dualar oxunub sonra qonaqlar çörək və duz ilə qəbul olunub. Qırmızı lenti Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan və xeyriyyəçi Gagik Avagyan kəsiblər.

Rəsmi əkilil qoyma mərasimindən sonra Qarabağ müharibəsində həlak olan Mixeil Avagyanın qızı, oğlu və nəvəsi abidəni açılışı ediblər. Tədbirdə hərbi formalı uşaqlar abidəyə əkilil qoyublar daha sonra şeir, müsiqi və rəqs nömrələri ilə mərasim davam edib.

Qeyd edək ki, Mixail Avagyan Axalkalakinin Buqaşen kəndində doğulub, məktəbi bitirdikdən sonra Ermənistanın Razdan şəhərində texnikomu bitirib. Daha sonra hərbi xidmətini başa vurduqdan sonra Sverdlovsk Daxili İşlər Nazirliyinin peşə məktəbinə daxil olub, Abxaziya Daxili işlər orqanlarında işləyib.

Daha sonra Ermənistanın Sarnaxbyur kəndinə köçüb və ailə qurub. Qarabağ müharibəsi başlayan zaman Mixeil Avagyan, Horadiz, Xocalı, Hadrut və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib, kobra ləqəbli ilə tanınmışdır. O, Azərbaycan dilini bilib. Horadiz körpüsü uğurunda mübarizədə snayper tərəfindən yaralnmış, xəstəxanaya aparılarkən yolda həyatını itirmişdir.

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu
Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031