Tramp canamazda namaz qılanlardan qorxur
Mьəllif: admin1
Tarix: 23-01-2019, 21:41
Bцlmə: Xəbərlər
Tramp canamazda namaz qılanlardan qorxur
İslamazeri.com-un “IslamNews”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Trampın adı növbəti dəfə İslamofob qalmaqalda hallanıb. Belə ki, Tramp müsəlmanlara xass canamazları terrorçuluqla əlaqələndirib.

Tramp “Twitter”-də yazıb ki, ABŞ cənub sərhədindən ölkəyə “bir çox ölkələrdən olan” insanlar daxil olurlar və “həmin insanların bir qismi sizi çox təəccübləndirəcək”. Üstəlik Tramp, Meksika ilə sərhəddə “ibadət üçün xalça” tapmış fermerin sözlərini sitat gətirib. Fermerin sözləri “Washington Examiner”-də dərc edilib.

Tramp bu sözləri ilə demək istəyir ki, xalça üzərində ibadət edən kimsələr terror aktları və diversiyalar törətmək məqsədi ilə Meksikadan ABŞ-a daxil olurlar. Lakin dövlət başçısının belə fərziyyələri ən azı təəccübə səbəb olur: axı dünyada bir milyarddan çox insan canamaz üzərində ibadət edir.

Bundan başqa, yuxarıda qeyd edilən fermerin sözləri öz təsdiqini tapmayıb. Həmin fermer isə kimliyini gizli saxlayıb. Həmçinin fermerin canamazı və örtük və ya yorğandan necə ayırd edə bilməsi ilə bağlı da şübhələr mövcuddur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930