Ronaldo 23 ay müddətinə şərti azadlıqdan məhrum edildi
Mьəllif: admin1
Tarix: 22-01-2019, 14:58
Bцlmə: Xəbərlər
Ronaldo 23 ay müddətinə şərti azadlıqdan məhrum edildi
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, “Juventus” klubunun və Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Madridin Əyalət Məhkəməsi tərəfindən 23 ay müddətinə şərti azadlıqdan məhrum edilib və vergilərin ödənməməsi ilə bağlı 19 milyon avro cərimə edilib.

Bu haqda məhkəmənin mətbuat xidmətindən bildiriblər.

Portuqaliyalı idmançı 2011-2014-cü illərdə vergidən yayınmaqda taqsırkar bilinib.

Xatırladaq ki, Ronaldo ötən yay “Real”dan “Juventus”a keçib.

Qeyd edək ki, daha öncə Ronaldonun vergi ödəmədiyinə görə 2 il şərti azadlıqdan məhrum ediləcəyi deyilirdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930