Müctəhidlərin hüzurunda Əyyami-Fatimə məclisləri keçirildi
Mьəllif: admin1
Tarix: 22-01-2019, 10:11
Bцlmə: Xəbərlər
Müctəhidlərin hüzurunda Əyyami-Fatimə məclisləri keçirildi
Əhli-Beytin böyük mərcəyi-təqlid alimlərinin hüzurunda əziz Rəsulallahın (s) ciyərparəsi, Həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadətinin birinci tarixinin növbəti ildönümü münasibətilə əza məclisləri keçirilib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Qum İslam elmləri hövzəsinin böyük mərcəyi-təqlid alimləri Ayətullah Vahid Xorasani, Ayətullah Şübeyr Zəncani və Ayətullah Saneeinin hüzurunda Xanım Zəhranın (s.ə) şəhadəti münasibətilə əza məclisləri keçirilib. Təşkil olunan əza məclislərinə alimlər, tələbələr və sadə vətəndaşlar təşrif gətirmişdilər.

Mərhum Ayətullah Şahrudinin evində də Əyyami-Fatimə məclisləri keçirilib. Mərasimdə böyük alimlərdən Musəvi Şahrudi, Rzazadə, Qazi Zadə, Sədr Ayaz və Seyid Yasir Xomeyni iştirak edib.

Mərasimlərdə Əhli-Beyt (ə) zakirləri və məddahları rövzə və mərsiyə oxuyub, Xanım Zəhra (s.ə) müsibətinə göz yaşı axıdılıb.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031