Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa
Mьəllif: admin1
Tarix: 19-01-2019, 10:37
Bцlmə: Xəbərlər
Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa
İslamazeri.com-un “The Associated Press”-ə istinadən verdiyi xəbərə əsasən, artıq İsraildən olan idmançılara Malayziya ərazisində keçirlən tədbirlərdə iştirak qadağan edilir.

Bu qərar haqda Malayziyanın xarici işlər naziri Abdulla Seyfəddin açıqlama verib.

Onun sözlərinə görə, bu qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib və “dövlətin İsrail məsələsi ilə bağlı mövqeyini əks etdirir”.

Bildirilir ki, ilk öncə qadağa cari ilin iyul ayında baş tutacaq üzgüçülük çempionatı iştirakçıları üçün nəzərdə tutulmuşdu.

Qeyd edək ki, İsrail və Malayziya arasındakı gərginliyə səbəb Fələstin məsələsidir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031