Milyonlarla insanın erkən ölümünün qarşısını almağın yolu tapıldı
Mьəllif: admin1
Tarix: 18-01-2019, 10:57
Bцlmə: Xəbərlər
Milyonlarla insanın erkən ölümünün qarşısını almağın yolu tapıldı
Bəşəriyyəti böyük fəlakətdən qurtarmaq və milyonlarla insanın erkən ölümünün qarşısını almaq üçün dünya əhalisi qida istehsalı metodlarını və qida rasionlarını mütləq dəyişməlidir.

"İslaminSesi.info" xəbər verir ki, Britaniyanın London Universitetinin alimləri belə bir qənaətə gəliblər.

Elmi araşdırma haqqında press-reliz “Phys.org” saytında dərc olunub.

Tədqiqatçıların fikrincə, dünya əhalisi iki dəfə daha az qırmızı ət və şəkər qəbul etməli, meyvə-tərəvəz və çərəzlərdən istifadəni isə iki dəfə artırmalıdır.

Hazırda dünyada bir milyarda yaxın insan aclıqdan əziyyət çəkir, iki milyard insan qeyri-sağlam şəkildə qidalanaraq, xərçəng, kökəlmə, diabet və ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır. Hər il qeyri-sağlam qidalanmadan qaynaqlanan xəstəliklərlə əlaqədar 11 milyona yaxın insan dünyasını dəyişir.

Alimlər hesab edir ki, düzgün olmayan qida istehsalı və qəbulu yanaşmalarının ətraf mühitə və insanlara əks təsirlərindən ərzaq sistemində radikal islahatlar həyata keçirməklə xilas olmaq olar.

Mütəxəssislərin dediyinə görə, bunun üçün hər bir insan 14 qramdan çox qırmızı ət və 250 qramdan çox süd məhsulları qəbul etməməlidir. Onlar əmin edir ki, bu, sağlamlığa fayda verməklə yanaşı, həm də atmosferdə zərərli metan qazının həcminın azalmasına yol açacaq.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930