Aya göndərilən toxumlar cücərdi
Mьəllif: admin1
Tarix: 16-01-2019, 10:32
Bцlmə: Xəbərlər
Aya göndərilən toxumlar cücərdi
Çinin yanvarın əvvəlində Ayın qaranlıq tərəfinə enən kosmik kəşfiyyat aparatı Çang 4-ün, Yer kürəsinin təbii peykinə apardığı toxumlar cücərib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Kommunist Partiyasının mətbuat orqanı olan Xalqın Gündəliyi qəzetinin Çin Milli Kosmik İdarəsinə əsaslandırdığı xəbərə görə, Çang 4-ün Aya apardığı pambıq toxumları cücərib.

Qəzet pambıq toxumlarının cücərməsinin fotoşəklini Twitter üzərindən paylaşıb və “İnsanın Aydakı ilk bioloji təcrübəsi başa çatdı” açıqlamasını yazıb.

Kəşf aparatında süni bir şəraitin yaradıldığı bağlı qutunun içində olan toxumların, Yer kürəsindəki nəzarət mərkəzindən suvarma əmri gedəndən sonra cücərdiyi qeyd olunub.

Çang 4 Aya pambıqla yanaşı, kartof toxumu, maya və meyvə milçəyi yumurtaları əhatə edən torpaq aparmışdı.

Kosmonavtlar orbitdəki Beynəlxalq Kosmik Stansiyasında bitki yetişdirir, ancaq Ayda bu günə qədər belə bir təcrübə aparılmamışdır. Təcrübə kosmonavtların iştirak edəcəyi uzunmüddətli kosmik kəşfləri üçün mühüm bir addım kimi qiymətləndirilir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930