İmam Musa Sədrin yoxa çıxması Livan ilə Liviya arasında yeni gərginliyə səbəb oldu
Mьəllif: admin1
Tarix: 14-01-2019, 21:11
Bцlmə: Xəbərlər
İmam Musa Sədrin yoxa çıxması Livan ilə Liviya arasında yeni gərginliyə səbəb oldu
Livanlı Əhli-Beyt (ə) alimi İmam Musa Sədrin Liviyada 1978-ci ildə Müəmmar Qəzzafinin dövründə yoxa çıxması yenidən iki ölkə arasında gərginliyə səbəb olub.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Livanda keçiriləcək Ərəb Birliyi İqtisadi Sammitində iştirak etmək üçün ölkəyə gələn liviyalı iş adamlarının Beyrut Aeroportunda təhlükəsizlik qüvvələri tərəfindən geri göndərilməsi və livanlı nümayişçilərin Liviya bayrağını cırması ilə Liviya sammitini boykot qetməyə qərar verib.

Liviya Milli Razılaşma Hökumətinin (UMH) xarici işlər naziri Məhəmməd Seyala, paytaxt Tripolidə keçirdiyi mətbuat konfransında, liviyalı iş adamlarının Beyrut Aeroportunun təhlükəsizlik orqanları tərəfindən geri göndərilməsi və livanlı etirazçıların Liviya bayrağına etdiyi hörmətsizlik səbəbi ilə Beyrutda 19-20 yanvar tarixlərində keçiriləcək Ərəb Birliyi İqtisadi və Sosial İnkişaf Sammitini boykot etmək qərarı verdiklərini açıqlayıb.

Digər tərəfdən, Liviya Dövlət Ali Şurasından verilən yazılı açıqlamada, baş verən hadisə ilə bağlı Ərəb Birliyindən açıqlama tələb olunub və Livanın diplomatik danışıqlara zidd bir formada Liviya bayrağına göstərilən bu hörmətsizliyin təkrar edilməməsi üçün hər hansı bir addım atmadığı qeyd olunub.

Livandakı Əhli-Beyt (ə) ardıcıllarının Amal hərəkatının Qəddafi dövründə baş verən bir hadisə ilə əlaqədar olaraq inqilabdan sonrakı Liviyanı mühakimə etməsinin çox yanlış olduğu qeyd edilən açıqlamada, Qəddafi hakimiyyətini devirmək üçün minlərlə liviyalının can verdiyi xatırladılıb.

Liviya Dövlət Ali Şurası, həmçinin hökumətdən Beyrut ilə bütün əlaqələri dondurmağı tələb edib.

Livandakı şiələrin dini təqlidi mövqeyindəki Ali Şiə İslam Şurasının cümə günü həyata keçirdiyi fövqəladə toplantısında, Beyrutda keçiriləcək sammitdə Liviyanın dəvət edilməməsi istənilmişdi.

İmam Musa Sədrin 1978-ci ildə Liviyada yoxa çıxdığını vurğulayan Ali Şiə İslam Şurası, Livan orqanlarını Sədr davasında etinasız yanaşmaqda ittiham etmiş və Liviyanın dəvət edilməsi məsələsində israr edilməsi təqdirdə küçələrdə sərt reaksiyalar verəcəyi barədə xəbərdarlıq etmişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930