Ayətullah Xamenei: ‘ABŞ-ın bütün proqnozları boşa çıxır’
Mьəllif: admin1
Tarix: 9-01-2019, 19:38
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: ‘ABŞ-ın bütün proqnozları boşa çıxır’
“ABŞ-ın bəzi rəhbərləri özlərini dəliliyə vururlar. Əlbəttə, mən bunu qəbul etmirəm, lakin mənim qənaətimcə onlar birinci dərəcəli axmaqdırlar.”

Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei bu gün 1977-ci il yanvar ayının 9-da Qum şəhərində İran şahı Rza Pəhləviyə qarşı başlanan və şahın devrilməsilə nəticələnən qiyamən ildönümü münasibətilə Qum əyalətindən minlərlə insanla keçirdiyi görüşdə deyib.

Ayətullah Xamenei 31 dekabr 1977-ci ildə ABŞ prezidentinin Tehrana səfər etdiyini xatırladaraq bildirib ki, ABŞ prezidenti Rza Şahı öz çıxışında təriflədi və İranı sabitlik hökm sürən yer adlandırdı. “Yəni ki, öz nökərlərindən razı olduğunu bildirdi. Amma üstündən heç 10 gün keçmədi, Qum sakinləri şaha qarşı ayağa qalxdı, ardınca Təbriz də bu qiyama qoşuldu ki, nəticəsi şahın devrilməsi oldu. Bu da ABŞ-ın siyasi proqnozçularının hesablamaları.

Amerikalılar gələcək haqqında verdikləri bu cür proqnozları qürrələnirlər. Burada da (ölkə daxilində) bəzi Qərb vurğunları ABŞ-ın qüdrətindən dəm vururlar. Düşmənlər İnqilabdan sonra da sanksiyalar tətbiq etdilər və proqnoz vermişdilər ki, İran 5-6 ay davam gətirə biləcək. Elə bir müddət öncə də ABŞ-ın dövlət xadimlərindən biri terrorçu və quldurların yığıncağında 2019-cu ilin yeni il təhvilini Tehranda qeyd edəcəyini bildirmişdi. 2019-cu ilin təhvil olmasından artıq neçə gün keçib. Budur İran düşmənlərinin proqrnozçularının hesablamaları”.

Ayətullah Xameneinin bildirb ki, onların bu hesablamalarının qarşılığında İslam sisteminin hesablamaları durur ki, İmam Xomeyninin (r.ə.) Qorbaçova yazdığı məktubda “marksisimin sümüklərinin sınmasının səsini eşidirəm” deməsi və hesablaması buna nümunədir və bir müddət sonra bütün xalqlar bunu gördülər.

Ayətullah Xamenei qeyd edib ki, İran xalqı və ABŞ arasında düşmənçiliyin kökündə haqq və batilin tarixi qarşıdurması dayanır. “Çünki imperialistlər və müstəmləkəçilər xalqların qanından qidalanırlar. İslam İnqilabı onların bu zülmünün qarşısında aşkar durur. Xalqların oyanması üçün də çalışır. Müxtəlif ölkələrdə “Amerikaya ölüm” şüarlarının eşidilməsi misilsiz həddə artıb və bu İran xalqının uğurudur.

Düşmənlər xalqları “iranfobiya”, “islamfobiya”, “şiəfobiya” ilə yolundan azıdrmaq istəyir, lakin xalqların İslami İranla heç bir dşümənçiliyi yoxdur. Allah yolunda hərəkət edən hər hansı bir cəbhə heç şübhəsiz Allahın vədə verdiyi kimi qələbə çalacaq. Necə ki, ötən 40 il ərzində harada hərəkət etmişiksə qələbə çalmışıq və harada süstlük göstərmişiksə məğlub olmuşuq.”

Ayətullah Xamenei dövlət rəsmirlərinə tövsiyə edib ki, ABŞ dövlət xadimlərinin boşboğazlıqları qaşrısında şücaətli və ağıllı davransınlar. “Görürsüz ki onlar yerli-yersiz təlxəy kimi danışırlar. ABŞ dövlət xadimləri deyir ki, İran insan haqlarını Səudiyyə Ərəbistandan öyrənsin. Onların nə hədələri, nə verdikləri vədələr, nə imzaları və nə də sözlərinin etibarı yoxdur və etinasız yanaşmaq lazımdır. Yolunuzu ağılla seçin və motivasiya ilə irəli aparın.”

Ayətullah Xamenei qeyd edib ki, dövlət rəsmilərinə ilk öncə tövsiyəm budur ki, öz məsuliyyətlərinin qədrini bilsinlər. “Bu məqsədlərə, bu xalqa, bu ölkəyə xidmət etmək böyük nemətdir. İkincisi bu böyük nemətin tələblərinə əməl edin və ehtiyatlı olun israf, aristokratiya və tağut hərəkətləri etməyin. Yol, İslam yoludur. Biz Əmirəlmöminin Əli (ə) kimi rəftar edə bilmərik, lakin o rəftər tərzinə tərəf istiqamət götürməliyik. Ölkənin daxili potensialının qədrini bilin və xalqın məişətini yaxşılaşdırın.”
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031