Ayətullah Təbatəbai: Tövhidi dinlərin vəhdəti İsraili panikaya salır
Mьəllif: admin1
Tarix: 4-01-2019, 18:48
Bцlmə: Xəbərlər
Ayətullah Təbatəbai: Tövhidi dinlərin vəhdəti İsraili panikaya salır
İran İslam İnqilabı Lideri Ayətullah Xameneinin Suriya nümayəndəsi Ayətullah Seyid Əbülfəzl Təbatəbai Tövhidi dinlərin birliyi və vəhdətinin İsrail rejimini panikaya saldığını vurğulayıb.

İslamazeri.com xəbər verir ki, Ayətullah Təbatəbai yeni miladi ilin başlaması münasibətilə Suriya xristianlarının keşişi Betrik Elyazcı ilə görüşüb.

Görüşdə Təbatəbai səmavi dinlərin arasında kamal və təkamül ölçülərindən birinin müxtəlif dinlərə mənsub olan insanların arasında var olan sevgi və insanlıq ölçüsü olduğunu, belə ki, bu günlərdə düşmənlərin ən çox qorxduğu vəziyyətin də bu məsələ olduğunu bildirib.

Ayətullah Xameneinin nümayəndəsi Təbatəbai bundan başqa, İran İslam Cümhuriyyəti nizamının İslam inqilabının zəfərə qovuşduğu ilk gündən etibarən müxtəlif inancların və dinlərin inteqrasiyasından ibarət olan tək bir ümmət yaratmaq ideyasının davamçısı olduğunu, bu vahid ümmətin düşmənlərə qarşı məğlubedilməz bir cəbhə olduğunu, necə ki, bu gün qəsbkar İsrail rejiminin də bu birlik və vəhdətdən qorxduğunu vurğulayıb.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031