Ayətullah İsa Qasimi 50 ildən sonra ilk dəfə İmam Əlinin (ə) məzarını ziyarət etdi
Mьəllif: admin1
Tarix: 27-12-2018, 20:14
Bцlmə: Xəbərlər
Ayətullah İsa Qasimi 50 ildən sonra ilk dəfə İmam Əlinin (ə) məzarını ziyarət etdi
Ayətullah İsa Qasimi 50 illik fasilədən sonra Nəcəf şəhərində İmam Əlinin (ə) pak hərəmini ziyatət etdi.

“İslaminSesi” əl-Aləmə istinadən xəbər verir ki, Bəhreyn müsəlmanlarının mənəvi lideri alim, fəqih, Ayətullah İsa Qasimi müayinə üçün getdiyi Londondan birbaşa İraqa səfər edib.

Alimi gətirən təyyarə birbaşa Nəcəful-Əşrəf Hava Limanına eniş edib. Birinci olaraq İmam Əlinin (ə) pak hərəmini ziyarət edib. Digər müqəddəs məkanları da ziyarət edəcəyi bildirilir.

Qeyd edək ki, 78 yaşlı alim, Bəhreyndə böyük nüfuza sahibdir. Şeyx İsa Qasim iki ilə yaxındır Bəhreyndə ev dustağı idi. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayırdı. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031