Ayətullah Mirza Məhəmmədəli Şahabadidən ibrətli hadisələr
Mьəllif: admin1
Tarix: 26-08-2014, 17:24
Bцlmə: Xəbərlər
Ayətullah Mirza Məhəmmədəli Şahabadidən ibrətli hadisələr

Özündən böyüyə de gəlsin!

Şəhid Ayətullah Mehdi Şahabadi deyir:Rzaxan əmr verdi ki, onun məscidindən minbər götürülsün. Bu yolla məsciddəki söhbətlərin qarşısını almaq istəyirdi. Amma o ayaq üstdə söhbət edirdi. Polis məmurları tez-tez məscidə gəlir, onun minbərlərdə danışdıqlarını yazırdılar. Bir gün po-lis rəisi məscidə ayaqqabı ilə girmək istəyirdi. Ayətullah yüksək səslə polisin üstünə qışqırdı:

“Ayaqqablarını çıxar!”Dövlət məmurlarını o qədər sancdı ki, on-lar qorxularından məscidi tərk etdilər. Şahabadi məsciddən çıxanda məmurlar onu saxlayıb minbərə çıxmayacağına söz verməsini istədilər. O belə cavab verdi: ”Get, özündən böyüyə de gəlsin!” Məmurların təkidi vəziyyəti daha da gərginləşdirdi. Ayət. Şahabadi əllərini məmurlara tərəf uzadıb dedi: “Tutun məni... Deyirəm məni tutun!” Məmurlar bu işdən və onun zəhmindən qorxuya düşüb geri çəkildilər, heç bir reaksiya vermədən geri döndülər.

Dil yarasının əsəri!

Ayətullah Məhəmməd Şahabadi deyir: Keçmiş zamanda hamamlar ümumi idi və hər hamamın su xəzinəsi vardı. Bir gün mərhum Şahabadi çiməndən sonra xəzinəyə daxil olur, sonra sudan çıxıb ehtiyatla keçir ki, yerdəki sudan üstünə dəyməsin. Orada olan zabit bu səhnəni görüb Ağanı məsxərəyə qoymağa başlayır. Şahabadi zabitin bu hərəkətindən narahat olsa da, ona heç bir şey demədən öz yoluna davam edir. Səhəri gün Ağa dərs zamanı cənazə aparan şəxslərin səsini eşidir. Soruşur ki, nə olub? Ağanın ətrafındakılar deyir ki, bu dünən onu təhqir edən zabitdir. Hamamdan çölə çıxandan sonra dilinə yara çıxıb və ölümcül vəziyyətə düşüb. Həkimlər onun həyatını xilas edə bilməyiblər! Sonralar Ayətullah Şahabadi həmin hadisəni yada salanda narahat olur və deyirdi: “Ey kaş, mən elə ordaca ona öz etirazımı bildirəydim”.

Kağızda yazılan elm deyil

Bəziləri belə bir fikir yaradırdılar ki, Şahabadi ağa müctehid yox, filosofdur. Bir gün bir şəxs Ağaya İmam payı – xüms gətirir. O, Ağanın ictihad icazəsinə bax-maq istəyir. Ağa bu hərəkətdən çox narahat olub həyat yoldaşından sandıqdakı ictihad icazələrini gətirməsini istəyir. Yoldaşı kağızları ona verən kimi Ağa xüms gətirən şəxsin gözləri önündə onları cırıb tullayır və sinəsinə işarə edərək belə deyir: “ Kağızın üzərindəki elm deyil. İctihad qüdrəti buradadır. Əgər alimlər mənə ictihad icazəsi veriblərsə, bu mənim elmi səviyyəmə görədir. Mən özüm heç vaxt ictihad icazəsi almaq barədə düşünməmişəm.” Müəllimlərindən aldığı ictihad icazələrindən yalnız biri Ağada idi. Bu icazə Ayətullah-uzma Mirzə Məhəmmədtəqi (ikinci) Şirazi tərəfindən verilmişdi.

Ağanın həyat yoldaşı hər zaman bu hadisəni yada salanda deyirdi ki, kaş icti-had kağızlarını Ağaya verməyəydim!

Pis işdən uzaqlaşdırmaq üçün münasib yol

Ağanın evinin yaxınlığında Əmir Kəbir prospektində bir həkim yaşayırdı. Həkim qızı üçün evə musiqi müəllimi gətirirdi. Musiqinin səsi çox yüksək olduğundan camaat narahat idi. Ağa həkimə bu işdən əl çəkmək üçün xəbər göndərdi. Həkim Ağaya mənfi cavab verdi. Üstəlik Ağaya meydan oxudu.

Mərhum Şahabadi cümə gününə kimi səbr etdi. Nəhayət, keçmiş şah məscidində təşkil olunmuş məclisdə camaata belə dedi:“Yaxşı olar ki, bundan sonra hər kəs həkimin poliklinikasının yanından keçəndə içəri daxil olub gülər üzlə həkimə salam versin və ondan bu günah işin tərk olunmasını xahiş etsin”. Ağanın bu sözündən sonra insanlar öz şəri vəzifəsini yerinə yetirmək üçün həkimin poliklinikasının yanından keçəndə içəri daxil olur, həkimə salam verərək ondan xoş dillə bu əməlin tərk olunmasını istəyib çıxırdılar. Bu iş bir müddət davam etdi. Həkim hər gün camaatdan eyni sözləri eşidirdi. O gördü ki, inadkarlığını davam etdirsə poliklinikanı bağlamaq məcburiyyətində qalacaq. Üstəlik o prospektdən köçməli olacaq. Buna görə də camaatı narahat etməkdən əl çəkib, qızının musiqi dərslərini dayandırdı.

Bir gün Ağa məscidə gedən vaxt həkimin ona tərəf gəldiyini gördü. O Ağaya yaxınlaşanda gülməkdən salam verməyə taqəti qalmamışdı. Nəhayət, salam verib Ağanın əhvalını soruşaraq dedi: “Millətin gücü ilə işi bitirdin. Elə düşünürdüm ki, qanuni orqanlara, məhkəməyə müraciət edəcəksiniz. Belə olsaydı mən onların cavabını rahatlıqla verərdim. Ağlıma gəlməzdi ki, siz bu yoldan istifadə edəsiniz!”

Hər gün deməyə yeni sözü var idi

İmam Xomeyninin Ayətullah Şahabadinin dərsinə böyük ehtiramı vardı. O, Ağanın dərslərini yüksək dəyərləndirirdi. İmam deyirdi: “Əgər Ayətullah Şahabadi yetmiş il də dərs desəydi, mən onun dərslərində iştirak edərdim. Çünki onun hər gün deməyə yeni sözü vardı”.

İrfandakı kamal mərtəbəsi

Höccətül-islam Seyid Əhməd Fəhri deyir: İmam Xomeyni müəllimlər arasında irfan müəllimi mərhum Şahabadiyə xüsusi hörmət göstərirdi. İmam çox vaxt öz kitablarında Ağanı “kamil arif şeyx Şahabadi, ruhum ona fəda olsun” sözləri ilə yad edir.

“Həşr” surəsinin tilavəti

Ayətullah Məhəmmədriza Təvəssuli deyir: Mən İmamın öz övladlarına tövsiyələrində, həmçinin öz bəyanatlarında eşitmişəm ki, belə buyurur: “Mərhum müəllimim Şahabadi mənə “Həşr” surəsini çox oxumağı tapşırırdı – xüsusilə də surənin son ayələrini!”

Fiqhi dərk və bəsirət

Ayətullah Şahabadinin zamanında İranda mobil telefon və radio təzə-təzə yayılırdı və kütləvi informasiya vasitələri Rza-xan hökümətinin nəzarəti altında idi.

Bu vasitələrlə əxlaqsız, İslam ziddinə və qərb mədəniyyətinə rəvac verən pro-qramlar yayımlanırdı. Bəzi alimlər bu proqramların zərərinə əmin olduqlarından onlardan istifadəni haram etdilər. Şahabadi güclü təbliğat vasitələrinin müsəlmanların ixtiyarında olmamasından narahat idi. Ağa deyirdi: ”Radio danışan bir şəxsə bənzəyir. Bu vasitəylə həm elm və mədəniyyət, həm də pis yol təbliğ etmək olar. Buna görə bu vasitələri faydalı proqramlar üçün alıb saxlamağın şərən problemi yoxdur”. Səsgücləndiricilər təzə çıxan zaman bəzi alimlər onlar-dan istifadəni haram bilirdilər. Bəziləri

Ağadan soruşurdular: biz səsgücləndirici alıb məsciddə quraşdırmaq istəyirik, olarmı? Ağa bunların cavabında deyirdi: “Bu işi görün. Nə qədər ki mən sağam, bu işi görün. Qoy camaat bu vasitələrin günah olmadığını, onlardan yerində istifadənin mümkünlüyünü bilsinlər”.

Xanım Zəhraya (s) salavat

Ayətullah Nəsrullah Şahabadi belə nəql edir: Rəhmətlik valideynim tapşırardı: “Gecə ibadətlərində Həzrət Zəhraya təvəssül edərək, ondan kömək istəyin. Çünki bu, insanın ali məqamlara çatmasına, Allahı daha yaxşı tanımasına kömək edir. Bir də buyururdu ki, sübh namazından öncə xanıma salavat göndərin”.

Dünya üçün də olsa səhərlər (sübh azanından öncə) oyanın

Ayətullah Nəsrullah Şahabadi deyir: Valideynimin ən çox əhəmiyyət verdiyi işlərdən biri sübh azanından öncə qalxıb gecə namazı qılmaq idi. O deyirdi ki, Al-laha yaxınlaşmaq üçün bu yiş böyük rol oynayır. O deyirdi: ”Əgər gecə nafiləsini yerinə yetirmək üçün oyanmısınızsa, amma nafiləni yerinə yetirmək halınız yoxdusa, onda oyaq qalın, oturun, çay için. İnsan belə oyaq qalmaqla ibadətə hazır olur”. O deyirdi: ”Gecə oyanmağın həm maddi, həm də mənəvi faydası var”. O dəfələrlə minbərində demişdi: “Dünya üçün də olsa, səhərlər oyanın. Çünki səhər oyanmaq ru-zini artırır, çöhrəni gözəlləşdirir və əxlaqı kamilləşdirir”.

Canım ona fəda olsun!

Mərhum Ayətullah Mütəhhəri deyirdi: “Heç vaxt görməmişəm ki, İmam Xomeyni mərhum Şahabadinin adını çəkə, amma ardınca “canım ona fəda olsun” deməyə.

Ayətullah Şahabadinin övladı deyir: “İmam atamı qəlbən sevirdi. Bir gün Nəcəf şəhərində mübahisə oldu və bu mübahisədə bir nəfərin adı çəkildi. İmam elə fikirləşdi ki, mən adı çəkilən şəxsi atamla müqayisə edirəm. Ona görə çox narahat oldu və buyurdu: “Sən atanı hələ tanımamısan. O heç kimlə müqayisə ediləsi deyil!”

Bu yaramaz İslamı məhv edəcək!

Şahabadi ağanın övladı belə deyir: Atam həzrət Əbduləzimin (ə) hərəmində məhərrəm ayının birinci on gününü aşuraya kimi hər gecə minbərdə moizə etdi. Bu on gecənin hamısında söhbətinin əvvəlində, ortasında və axırında bir cümləni təkrarlayırdı. Söhbətinin axırıncı gecəsi buyurdu: “Ey Allah! Sən özün şahid ol ki, mən bu on gecədə bu cümləni otuz dəfə təkrar etdim və Nəcəf, Qum, İsfahan və Məşhəd alimlərinə bütün bildiklərimi yazdım. Bu gecə həmin cümləni axırıncı dəfə deyirəm və o da bundan ibarətdir ki, Rza-xan İngilis hökümətinin əli ilə təyin olunub və onun məqsədi Quranı, İslamı səhnədən çıxarmaqdır. Əgər o mənimlə mübarizə aparırsa, problemi ayrıdır. Bizim onunla şəxsiqərəzliyimiz yoxdur. Onun mənimlə mübarizəsi Quran təbliğatçısı olduğum üçündür. Mən dünyaya elan edirəm ki, əgər hərəkət etməsəniz, bu yaramaz İslamı məhv edəcək!”

Ən lətif ruh!

İmam Xomeyni buyurub:“Mən ömrümdə mərhum Şahabadinin ruhundan lətif ruh görmədim.” Sözünə belə davam edir: “ Onun fiqh, fəlsəfə və irfan elmində olduğu kimi siyasətdə də misli yox idi”.

Nə vaxt şah atəşpərəst olsa!

Rza şahın zamanında məscidlərdə camaat namazları dayandırmaq istədilər. Came məscidlərində imamlar müxtəlif səbəblər üzündən məscidə gəlmədilər. Biri səfərə getdi, o biri xəstələndi ! Amma Şahabadi məscidə getdi. Həmən gün məsciddə polislər vardı. Məscidin yolunda Ağanın müridlərindən biri ona deyir: “Məsciddə polislər var.” Ağa cavab verir: “Qoy ol-sun!”. Bunu deyib məscidə daxil olur.

Bu zaman dövlət məmurlarından biri Ağaya yaxınlaşır və deyir: -Ağa, bəs sən bilmirsən namaz dayandırılıb?Ağa başını qaldırıb onun özünə baxmadan deyir:

-Özündən böyüyə de gəlsin!

Məmur deyir:

-Ən böyüyü elə mənəm. – söhbət davam edir:

-Əgər mən səninlə danışsam başqası gəlib etiraz etməyəcək?

-Xeyr.

-Bura haradır?

-Tehran.

Ağa deyir:

-Yox, durduğumuz yer haradır?

-Məscid.

-Bəs mən kiməm?

-Pişnamaz.

-Bu ölkə hansı ölkədir?

Məmur cavab verir:

-İran.

-İranın dini nədir?

-İslam.

-Şahın dini nədir?

Bu sualın cavabında məmur deyə bilmir

ki, onun dini Quran, namaz və İslama

ziddir. Belə cavab verir:

-Şah müsəlmandır.

Ağa buyurur:

-Nə vaxt şah atəşpərəst olsa, elan etsə ki, kafir, yəhudi və məsihi olub, bu məscidin qapısından kilsə zəngi assa, mən bir müsəlman məscidi tapıb orada namaz qılacağam. Amma nə qədər ki şah burada zəng asmayıb, mən müsəlmanların pişnamazı kimi namaz qılmalıyam”. Bu söhbətdən sonra məsciddə kimsə qalmamışdı. Amma Ağa məscidə daxil olub mehrabda namaza başladı. Namaz qılanlardan biri Ağanı məsciddə görüb

“Əssəlat” qışqırdı və camaat qadağaya baxmayaraq məscidə axışdı!

Üç əxlaqi göstəriş

Şahabadinin şagirdlərindən biri bazar əhli idi. Odeyir ki, Ağa söhbətlərinin birində narahat halda belə dedi: “Nə üçün hərəkətiniz yoxdur? İnsan ol-maq istəmirsiniz? Əgər doğrudan da istəmirsinizsə mən bu qədər zəhmətə düşməyim”.

Həmin şagird deyir ki, Ağanın söhbəti qurtardıqdan sonra ona yaxınlaşıb de-dik: “Biz adam olmaq istəyirik. Nə edək?” Ağa dedi: “Mən sizə üç əxlaqi göstəriş verirəm onlara əməl edin. Əgər nəticə verməsə yanıma gəlin, proqramı dəyişim”.

Ağanın üç əxlaqi göstərişi bunlar idi:

1. Çalışın, namazı vaxtında qılın. Ha-rada olsanız azanın səsini eşidən kimi əlinizdəki işi saxlayıb namaza tələsin. Bacardığınız qədər camaat namazı qılın.

2.Alverdə insaflı olun. Çalışın malları həddindən artıq baha satmayın. Alverdə

gözlərinizi bağlayın və dost, tanış, yaxın, özgə, yerli, gəlmə arasında fərq qoymayın.

3.Allahın haqqını vaxtında yerinə ye-tirin. Deməyin ki, hələ bir il vaxt var.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031