Ayətullah Xamenei: Xalq, polisi ədalətli və ayıq qüvvə kimi görməlidir
Mьəllif: admin1
Tarix: 23-12-2018, 19:34
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Xalq, polisi ədalətli və ayıq qüvvə kimi görməlidir
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün (bazar günü) səhər Polis Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşündə Polis Qüvvələrinə ölkədə təhlükəsizliyin təmini və nizam-intizamın yaradılması sahəsindəki səylərinə görə təşəkkür edib və bildirib ki, Polis Qüvvələri cəmiyyətin gözü qarşısındadır və qınaqlara daha çox məruz qalır. “Elə davranmalısız ki, xalq, Polis Qüvvələrini güclü, ədalətli və ayıq qüvvə kimi görsün”.

Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki, Ali Rəhbər Polis Qüvvələrinin əhali və müraciət edənlərlə davranış sahəsində çox yaxşı nailiyyətlər əldə etdiyini deyib və bildirib ki, bu rəftar tərzi inkişaf etdirilməlidir.

“Polis Qüvvələri xalqla rəftarında etibarlı, ağıllı və tədbirli davranmalıdır”.

Qeyd edək ki, Polis komandirləri və şəxsi heyət bu gün Ayətullah Xameneinin imamətliyi ilə günorta və əsr namazını qılıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930