Türkiyədə ANTİ-FETÖ əməliyyatları: 12 polis rəisi saxlanıldı
Mьəllif: admin1
Tarix: 20-12-2018, 11:21
Bцlmə: Xəbərlər
Türkiyədə ANTİ-FETÖ əməliyyatları: 12 polis rəisi saxlanıldı
Türkiyədə anti-terror əməliyyatlarında FETÖ qruplaşmasına qarşı əməliyyatlar Ordu içində aparıldıqdan sonra, yenidən polis sıralarında da gizlənən fətullahçılara qarşı əməliyyata start verilib.

İslamazeri.com "ahaber" saytına istinadən xəbər verir ki, 18 dekabrda keçirilən əməliyyat zamanı 12 polis rəisi olmaqla, 49 polis şübhəli qismində saxlanılıblar. Polis rəislərindən başqa saxlanılanlardan 16 nəfər komisar və polis zabitidir.

Məlum olub ki, saxlanılanlardan 16-sı FETÖ-nun gizli danışıqlarında istifadə etdiyi ByLock əlavəsindən istifadə ediblər.

Əməliyyat Ankara prokurorluğunun təlimatıyla Ankara Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsi tərəfindən həyata keçirilir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930