Almaniya Səudiyyə rejiminə qətiyyən silah satmayacaq
Mьəllif: admin1
Tarix: 19-12-2018, 10:27
Bцlmə: Xəbərlər
Almaniya Səudiyyə rejiminə qətiyyən silah satmayacaq
Almaniya hökumətinin sözçüsü Steffen Seibert Səudiyyə rejiminə qətiyyən silah satmayacaqlarını söyləyib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Steffen Seibert əvvəllər Səudiyyə rejiminə silah satışında verilən icazələrin də ləğv edildiyini deyib.

Almaniya rəsmisi Yəmən böhranına da toxunaraq, Yəməndə əldə olunan atəşkəsin milyonlarla insanın fəlakətdən xilas olmasına kömək edəcəyini bildirib.

Bu arada, Avropa Parlamenti də Səudiyyə rejiminə silah satışının dayandırılmasını tələb edib.

Kanadanın baş naziri Castin Trudo isə Səudiyyə rejimi ilə bağladıqları ümumilikdə 13 milyard dollarlıq silah müqaviləsini ləğv etmək üçün çıxış yolu axtardıqlarını deyib.

CTV telekanalına verdiyi müsahibəsində, müqavilənin müddəalarının müqaviləni ləğv və ya hökmlərini pozan tərəfə ağır öhdəliklər qoyduğunu xatırladan C.Trudo, belə deyib. “Bu zirehli maşlınları Səudiyyə rejiminə ixrac etməməyin bir yolu olub olmadığına baxmaq üçün ixrac icazələri üzərində çalışırıq”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930