Gürcüstan və İran rəsmiləri arasında iranlıların kütləvi deportasiyası müzakirə edildi
Mьəllif: admin1
Tarix: 17-12-2018, 12:34
Bцlmə: Xəbərlər
Gürcüstan və İran rəsmiləri arasında iranlıların kütləvi deportasiyası müzakirə edildi
Son bir neçə gün ərzində 200 iranlı zəruri sənədlərini olmadığına görə Gürcüstandan deportasiya olunub.

Bundan sonra Gürcüstandan deportasiyası ilə əlaqədar Gürcüstanın İrandakı səfiri İran XİN-ə çağrılıb.

Həftəlik brifinqlərilə medianın diqqətində olan İran XİN-in nümayəndəsi Bəhram Kasemi ölkə vətəndaşlarını təhlükəsizliklərinə olan təhdidlə əlaqədar Gürcüstana səfərdən imtina etməyə çağıraraq, Gürcüstana turist səfərlərinin qarşısının alınmasını dolayısı yolla turizm şirkətlərinə və ölkə rəsmilərinə bildirmişdi.

Viza məhdudiyyətlərinin ləğvi nəticəsində, 2016-cı ildə Gürcüstanda İrandan gələn ziyarətçilərin sayı 485 % artmış, 2017-ci ildə Gürcüstana gələn İran turistlərinin sayı 322 min 938 nəfərə çatmışdı. Bu da 2017-ci ildə Gürcüstana gələn ölkə sıralamasına görə, 5-ci yer deməkdir.

Bu səfərləri qadağan edəcək bir qanunun İran dövləti tərəfindən veriləcəyi ehtimalının gücləndiyi bir zamanda və bu ehtimalın həyata keçəcəyi təqdirdə İrandan Gürcüstana turist səfərlərinin ləğv ediləcəyi və bunun ölkə büdcəsi və iqtisadiyyatına mənfi təsir edəcəyini bildiyinə görə, Gürcü tərəfi İranlı rəsmilərlə görüşərək bu məsələnin tez bir zamanda həlli istiqamətində addımlar atılacağını söz verib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın Gürcüstandakı səfiri Seyid Cavad Kavam Şəhidi Gömrük Qurumunun sədri Mamuka Conqolaşvili ilə görüşərək

yaranmış olan problemlərlə bağlı müzakirə aparıb. İranlı diplomat gürcü gömrükçüyə qanunların dəyişilməsilə bağlı İran tərəfinə məlumat verilməsinin lazım olduğunu, həmçinin İran xalqının dini, mədəni durumunu diqqətə alıb onlara hörmət etmələrinin vacib olduğunu bildirib.

Görüş zamanı Conqolaşvili ölkə qanunlarının Avropa Birliyi qanunlarına uyğun dəyişdiyini və 2019-cu ildən sonra geniş dəyişikliklər olacağını və bu məsələlərin İranla əlaqəli olmadığını, yeni qanunlarla bağlı bütün ölkələrə məlumat veriləcəyini qeyd edib.

Gürcü gömrükçü iranlı vətəndaşların Gürcüstandan xoş təəssüratlarla ayrılmaları üçün əllərindən gələni edəcəkləri üçün çalışdıqlarını, bunun üçün də İran tərəfinin də əməkdaşlığını zəruri hesab etdiyini bildirib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930