Misirdə İslam Peyğəmbəri (s) ilə bağlı böyük KAMPANİYA
Mьəllif: admin1
Tarix: 13-12-2018, 11:25
Bцlmə: Xəbərlər
Misirdə İslam Peyğəmbəri (s) ilə bağlı böyük KAMPANİYA
Misirdə Həzrət Məhəmməd (s) peyğəmbərin əxlaqi xüsusiyyətləri və həyatını tanıtmaq məqsədiylə "Peyğəmbərin əxlaqi xüsusiyyətləri'' adlı kampaniyaya start verilib.

Maide.Az İQNA-ya istinala xəbər verir ki, dekabrın 10-da başlayan kampaniyanın əsas məqsədi İslam Peyğəmbərinin (s) əxlaqi xüsusiyyətlərinin tanıdılması, Onun nəzakəti və digər insanlara göstərdiyi tolerantlıq, dünyaya rəhmət mesajı, İslama zərbə vuran terror qruplarının ifrat ideologiyasının yanlış olduğunu göstərməkdir.

Gələn ilin Ramazan ayının sonuna qədər davam edəcək kampaniya çərçivəsində hər həftətənin bazar ertəsi Misir Vəqflər Nazirliyinin mübəlliğ və vaizləri müxtəlif minbərlərdə Peyğəmbərin əxlaqi dəyərləri haqqında moizə edəcəklər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930