Parlamentdə dava düşdü (VİDEO)
Mьəllif: admin1
Tarix: 12-12-2018, 16:27
Bцlmə: Xəbərlər
Parlamentdə dava düşdü (VİDEO)
Prezident seçkilərini müzakirə edən Gürcüstan Parlamentində Milli Hərəkatın üzvü Nika Melia ilə Vətənpərvərlər Alyansının üzvləri İrma İnaşvili və Emzar Kvitsiani arasında fiziki qarşıdurma yaranıb.

Nika Melianın bəyanatı Vətənpərvərlər Alyansının deputatlarını qıcıqlandırıb. Nika Melia Gürcü Arzusunu tənqid edib və bildirib ki, onlar seçkiləri saxtalaşdırıblar.

Bundan sonra isə reqlamentə uyğun olaraq İrma İnaşvili çıxış edib. Nika Melia bir neçə dəfə onun sözünü kəsib. İrma İnaşvili deputata sakitləşmək üçün dərman qəbul etməsini və açıq havaya çıxmasını xaiş edib, sonra isə Melianın yanına gedib və mübahisə edib.

Bundan sonra Gürcüstan Parlamentinin iclas zalında vəziyyət gərginləşib. Gürcü Arzusu, Milli Hərəkat və Vətənpərvərlər Alyansının deputatları arasında fiziki qarşıdurma baş verib.

Vəziyyətin gərginləşdiyin görən Parlamentin sədri texniki fasilə elan edib.




24news.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930